Əxlaq bölümü

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Möminlərin ən kamil imanlısı, gözəl əxlaqa sahib olanlarıdır". Bu hədisi ət-Tirmizi və İmam Əhməd rəvayət etmişdir.

Cavab: 1- Çünki İslam əxlaqı, Uca Allahın məhəbbətini qazanmağa səbəbdir.
2- Həmçinin insanların məhəbbətini qazanmağa səbəbdir.
3- Gözəl əxlaq qiyamət günü tərəzidə ən ağır gələn əməllərdən olacaqdır.
4- Gözəl əxlaq sayəsində insanın savab və əcri qat-qat artır.
5- Gözəl əxlaq - kamil imanın əlamətidir.

Cavab: Qurani-Kərimdən. Uca Allah buyurur: ﴾Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir﴿. (əl-İsra surəsi, ayə: 9). Biz əxlaqı həmçinin Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnətindən öyrənirik. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Mən, gözəl əxlaqı tamamlamaq üçün göndərildim". Hədisi İmam Əhməd rəvayət etmişdir.

Cavab: Ehsan: Daima Uca Allahın səni gördüyünü bilmək və məxluqata xeyir və yaxşılıq etməkdir.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Allah hər bir şeydə ehsanı əmr etmişdir". Hədisi Müslim rəvayət etmişdir.
Ehsanın bəzi növləri:

- Allaha ibadət etdikdə olan ehsan. Bu, ibadəti ixlasla Uca Allaha etməklə olur.
- Valideyinlərə söz və əməl ilə olan ehsan.
- Qohum-əqrabaya olan ehsan.
- Qonşuya olan ehsan.
- Yetimlərə və miskinlərə olan ehsan.
- Sənə pislik edən kimsəyə qarşı olan ehsan.
- Danışıqda olan ehsan.
- Mübahisə edərkən olan ehsan.
- Heyvana qarşı olan ehsan.

Cavab: Ehsanın ziddi pislikdir.
Bu pisliklərdən biridə:
- Uca Allaha ixlasla ibadət etməyi tərk etmək.
- Valideyinlərin üzünə ağ olmaq.
- Qohumluq əlaqələrini kəsmək.
- Qonşu ilə pis münasibətdə olmaq.
- Fəqirlərə və yoxsullara ehsanı tərk etmək və onlara qarşı pis münasibətdə olmaq.

Cavab:
1- Uca Allahın haqlarını qorumaqda olan əmanət.
Buna misal:
Namaz, zəkat, oruc, həcc və s. bu kimi Uca Allahın bizə vacib etdiyi ibadətləri lazımı qaydada yerinə yetirmək.
2- Məxluqatın haqlarını qorumaqda olan əmanət. Buna misal olaraq aşağıdakıları çəkmək olar:
- İnsanların namus və heysiyyatını qorumaq.
- İnsanların mallarını qorumaq.
- İnsanların qanlarını qorumaq.
- İnsanların sirlərini və həmçinin sənə əmanət etdikləri hər bir şeyi qorumaq.
Uca Allah nicat tapan kimsələrin sifətlərini vəsf edərək belə buyurur:
﴾O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar﴿. (Muminun surəsi, ayə: 8).

Cavab: Əmanətin ziddi xəyanətdir. Xəyanət: Uca Allahın və insanların hüquqlarını zay etməkdir.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Münafiqin əlaməti üçdür: Danışdığı zaman yalan danışar. Vəd verdiyi zaman (vədinə) xilaf çıxar. Ona əmanət verildikdə isə əmanətə xəyanət edər". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Cavab: Sadiq olmağın əxlaqı: Baş vermiş bir hadisəni və ya hər hansı bir şeyi olduğu kimi xəbər verməkdir.
Buna aşağıdakıları misal çəkmək olar:

- İnsanlarla danışdıqda doğru danışmaq.
- Vəd verdikdə vədə sadiq qalmaq.
- Hər bir söz və əməldə dürüst olmaq.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Doğruluq (insanı) yaxşı işlərə yönəldər. Yaxşı işlər isə (insanı) Cənnətə aparar. Kişi o qədər doğru danışar ki, (Allah yanında) doğru danışanlardan olar". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Cavab: Sadiqliyin ziddi, yalandır. Yalan: Həqiqətin əksidir. Buna misal olaraq: İnsanlara yalan danışmağı, onları aldatmağı, verdiyi vədlərə xilaf çıxmağ, yalandan şahidlik etməyi və s. bu kimi əməlləri misal çəkmək olar.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Yalan isə (insanı) günah işlərə yönəldər. Günah işlər də (insanı) Cəhənnəmə aparar. İnsan o qədər yalan danışar ki, (Allah yanında) yalan danışanlardan olar". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə belə demişdir: "Münafiqin əlaməti üçdür: Danışdığı zaman yalan danışar. Vəd verdiyi zaman (vədinə) xilaf çıxar. Ona əmanət verildikdə isə əmanətə xəyanət edər". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Cavab: Səbrin üç növü vardır. Bunlar aşağıdakılardır: 1- Uca Allaha itaətdə səbr etmək.
2- Asiliklərə səbr etmək.
3- Allahın acı qədərlərinə səbr etmək və hər bir halda Allaha həmd-səna etmək.
Uca Allah buyurur:
﴾Allah səbr edənləri sevir!﴿ (Ali-İmran surəsi, ayə: 146). Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə belə demişdir: "Möminin işi təəccüblüdür. Çünki hər işi onun üçün bir xeyirdir. Bu, başqasına deyil, yalnız möminə aiddir. Əgər ona razı qaldığı şey gəlsə, şükür edər, bu onun üçün xeyirli olar. Əgər bir zərər gələrsə səbr edər, bu da onun üçün xeyirli olar". Bu hədisi Müslim rəvayət etmişdir.

Cavab: Səbirin ziddi: Həm itaətdə, həm də asiliklərə qarşı səbrsizlik etmək və Allahın qədərlərinə qarşı söz və əməl ilə qəzəblənmək.
Səbrin ziddinin növlərindən bəziləri aşağıdakılardır:

- Ölümü arzulamaq.
- Üzə vurmaq.
- Paltarı cırmaq (yırtmaq).
- Saçı yolmaq.
- Özünə bəd dua etmək.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Cəzanın böyüklüyü, bəlanın böyüklüyünə görədir. Əgər Allah bir qövmü sevərsə, onları imtahana çəkər. Kim razı olarsa, onun üçün razılıq vardır. Kim də qəzəblənərsə, onun üçün qəzəb vardır". Hədisi ət-Tirmizi və İbn Məca rəvayət etmişdir.

Cavab: Bu, insanların öz aralarında haqq və xeyir işlərdə yardımlaşmasıdır.
Buna nümunə olaraq aşağıdakıları misal çəkmək olar:

- Haqqları yerinə yetirmək üçün yardımlaşmaq.
- Məzluma kömək etmək üçün yardımlaşmaq.
- İnsanların və miskinləri ehtiyaclarını ödəmək üçün yardımlaşmaq.
- Hər bir xeyir əməldə yardımlaşmaq.
- Günah, əziyyət və düşmənçilik etmək kimi işlərində yardımlaşmamaq
Uca Allah buyurur:
﴾Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.﴿ (əl-Maidə surəsi, ayə: 2). Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Möminlər bina kimidir. Biri, digərini gücləndirər". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə belə demişdir: "Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu köməksiz qoymaz. Kim qardaşının ehtiyacını ödəyərsə, Allah da onun ehtiyacını ödəyər. Kim bir müsəlmanı sıxıntıdan qurtararsa, Allah da onun Qiyamət gününün sıxıntılarından qurtarar. Kim bir müsəlmanın eybini örtərsə, Allah da Qiyamət günü onun eyiblərini örtər". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Cavab: Həyanın növləri aşağıdakılardır: 1- Allahdan həya etmək. Bu, Uca Allaha qarşı asilik etməməklə olur.
2- İnsanlardan həya etmək. Bu, insanlarla pis və ədəbsiz sözlərlə danışmağı tərk etməklə və insanlar yanında övrət yerini açmamaqla olur.
Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "İman yetmişdən çox şöbədən ibarətdir. İmanın ən yüksək mərtəbəsi - Lə iləhə illəllah sözüdür. Ən aşağı dərəcəsi isə yolda əziyyət verən maneəni uzaqlaşdırmaqdır. Həya da imanın şöbəsin­dəndir". Başqa bir hədis­də isə: «İman altmışdan artıq şöbədən ibarətdir". Bu hədisi Müslim rəvayət etmişdir.

Cavab: Mərhəmətin növləri aşağıdakılardır: -Yaşlı insanlara mərhəmət göstərmək və hörmət etmək.
- Kiçiklərə mərhəmət və şəfqət göstərmək.
- Yoxsullara və ehtiyac sahibi insanlara mərhəmət göstərmək.
- Heyvana yemək vermək və ona əziyyət verməməklə mərhəmət etmək.
Bu Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Sən möminlərin bir-birilərinə mərhəmət göstərməkdə, bir-birilərini sevməkdə və bir-birilərinə can yandırmaqda bir bədən kimi olduğunu görürsən. Belə ki, (bədənin) bir əzasına xəstəlik üz verdikdə bütün bədən yuxusuzluqdan və qızdırmadan əziyyət çəkir". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir. Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Rəhm edənlərə(mərhəmətli olanlara), Rəhman olan Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada Olan da sizə rəhm etsin". Hədisi Əbu Davud və ət-Tirmizi rəvayət etmişdir.

Cavab: Uca Allaha qarşı olan sevgi.
Uca Allah buyurur:
﴾İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür﴿. (əl-Bəqərə surəsi, ayə: 165).
Allahın Elçisinə (Allahın salavatı və salamı onun üzərinə olsun) qarşı olan sevgi.
Bu barədə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Nəfsim əlində olan Allaha and olsun ki, sizdən biri məni atasından və övladından çox sevmədikcə iman gətirmiş olmaz". Hədisi əl-Buxari rəvayət etmişdir.
Möminlərə qarşı olan sevgi. Bu, öz nəfsinə xeyri istədiyin kimi möminlərə də istəməklə olur.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Sizdən biri öz nəfsinə istədiyini qardaşına istəmədikcə iman gətirmiş olmaz". Hədisi əl-Buxari rəvayət etmişdir.

Cavab: Təbəssüm: Gülərüz olmaqla yanaşı insanlarla qarşılaşdıqda onları fərəh, mehribanlıq və sevinclə qarşılamaqdır.
Təbəssüm - insanların nifrətinə səbəb olacaq dərəcədə insanları qaşqabağlı bir halda qarşılamağın tam əksidir.
Təbəssüm barədə Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzi hədislər varid olmuşdur. Əbu Zərr (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Yaxşı əməllərdən heç birini küçümsəmə, hətta qardaşınla qarşılaşdığın zaman onun gülərüz qarşılamağını belə". Bu hədisi Müslim rəvayət etmişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur: "Qardaşının üzünə təbəssüm etməkdə sənin üçün bir sədəqə vardır". Hədisi ət-Tirmizi rəvayət etmişdir.

Cavab: Həsəd: Başqasında olan hər hansı bir nemətin getməsini arzulamaq yaxud da hər hansı bir nemətin başqasında olmasını istəməmək.
Uca Allah buyurur:
﴾Və həsəd apardığı zaman pa­xı­lın şə­rindən!﴿. (əl-Fələq surəsi, ayə: 5).
Ənəs ibn Malik (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Bir-birinizə nifrət etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları, qardaş olun!". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Cavab: İstehza: müsəlman qardaşını ələ salmaq və onu aşağılamaqdır. Bu əməl, qadağan olunan əməldir.
Uca Allah bunun qadağan olunması barədə belə buyurur:
﴾Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır﴿. (əl-Hucurat surəsi, ayə: 11).

Cavab: Təvazökarlıq - İnsanın özünü başqalarından üstün görməməsi, insanları alçaltmaması və haqqı inkar etməməsidir.
Uca Allah buyurur:
﴾Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər﴿. (əl-Furqan surəsi, ayə: 63). Yəni: Yer üzündə təvazökarlıqla gəzərlər. Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə buyurur: "Kim Allah üçün təvazökarlıq edərsə Allah onu ucaldar". Bu hədisi Müslim rəvayət etmişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: "Allah mənə vəhy edərək buyurmuşdur ki, təvazökar olun, bir-birinizə qarşı öyünməyin və bir-birinizə qarşı azğınlıq etməyin". Bu hədisi Müslim rəvayət etmişdir.

Cavab: 1- Haqqa qarşı təkəbbürlü olmaq. Bu, haqqı inkar etmək və haqqı qəbul etməməklə olur.
2- İnsanlara qarşı təkəbbürlü olmaq. Bu, insanlara xor, alçaq nəzərlə, saymazcasına davranmaqla olur.
Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Qəlbində misqal zərrəsi qədər kibir olan kimsə Cənnətə girməyəcəkdir". Bu zaman bir kişi Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun): "İnsan paltarının və ayaqqabısının gözəl olmasını istəyir" dedi. Bunun cavabında Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə dedi: "Allah gözəldir, gözəlliyi sevər. Kibir, haqqı inkar etmək və insanlara xor baxmaqdır". Bu hədisi Müslim rəvayət etmişdir.
- Haqqı inkar etmək, yəni: haqqı qəbul etməməkdir.
- İnsanlara xor baxmaq, yəni: İnsanlara alçaq nəzərlə, saymazcasına müamilə etməkdir.
- İnsan paltarının və ayaqqabısının gözəl olmasını istəməsi, heç də insanın təkəbbürlü olması anlamında deyil.

Cavab: Alış-verişdə insanları aldatmaq. Bu, malın qüsurunu gizlətməklə olur.
Tədris zamanı aldatmaq. Burada, tələbələrin imtahanlarda köçürmələrini misal çəkmək olar.
Sözdə aldatmaq. Məsələn: Yalandan şahidlik etmək.
Dediyin sözə vəfalı olmamaq və insanlarla bağladığın əhdi yerinə yetirməmək.
Alış-verişdə insanları aldatmaq barədə rəvayət edilən hədisdə rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bazarda bir buğda yığımının yanından keçərkən əlini o buğda yığımının içinə saldı. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) barmaqları yaş olduqda: "Ey buğda sahibi bu nədir?"- deyə soruşdu. Buğda sahibi də: "Ey Allahın Elçisi, yağışa görə islanmışdır"- deyə cavab verdi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona: "İslanmış buğdanı insanların görmələri üçün üstə qoya bilməzdin? Bizi aldatan bizdən deyildir"- dedi. Bu hədisi Müslim rəvayət etmişdir.
Hədisdə keçən الصُّبْرَة sözü, buğda yığımı və ya topası mənasını verir.

Cavab: Qeybət: Qardaşın yanında olmadığı zaman onun barəsində xoşlamadığı bir şeyi danışmağındır.
Uca Allah buyurur:
﴾... bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir﴿ (əl-Hucurat surəsi, ayə: 12).

Cavab? Nəmmamlıq: İnsanların arasını vurmaq məqsədi ilə arada söz gəzdirmək.
Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Nəmmam Cənnətə girməz". Bu hədisi Müslim rəvayət etmişdir.

Cavab: Tənbəllik: Xeyir işi etməyə və ya insanın etməsi vacib olan bir əməli etməyə səhlənkar yanaşmasıdır.
Buna, Uca Allahın vacib etdiyi əməllərə tənbəlliklə yanaşmağı misal çəkmək olar.
Uca Allah buyurur:
﴾Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər﴿. (ən-Nisa surəsi, ayə: 142).
Mömin:
tənbəllikdən, səhlənkarlıqdan, hərəkətsizlikdən və s. bu kimi xoşagəlməz sifətlərdən uzaq olmalı və bu dünyada Uca Allahın razı qalacağı işlərdə ciddi olaraq səy göstərməlidir.

Cavab: Qəzəbin iki növü vardır. 1- Təqdirəlayiq qəzəb. Bu, kafirlərin, münafiqlərin və onlardan qeyrilərinin Uca Allahın haram etydiyi əməlləri edərkən, Allah üçün qəzəblənməkdir.
2- Məzəmmət olunan (qınalınan) qəzəb. Bu qəzəb, insanı deyilməsi və edilməsi qadağan olan sözü deməyə və qadağan olan əməli etməyə vadar edən qəzəbdir.
Məzəmmət olunan qəzəbin müalicəsi:

1- Dəstəmaz almaq.
2- Ayaq üstədirsə oturmaq, oturmuş haldadırsa uzanmaq.
3- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə olan "Qəzəblənmə" vəsiyyətinə əməl etmək.
4- Qəzəbləndikdə öz nəfsinə hakim olmaq.
5- «أعوذ بالله من الشيطان الرجيم» [Əuzu billəhi minəş-şeytanir-ra­cim] "Lənətlənmiş şeytandan Allaha sığını­ram!" deyərək, şeytandan Allaha sığınmaq.
6- Susmaq.

Cavab: Cəsusluq etmək, insanların ayıblarını və sirlərini axtarıb araşdırmaq.
Cəsusluğun haram olan növlərindən bəziləri aşağıdakılardır:

- İnsanların evlərində olan eyibləri axtarıb araşdırmaq.
- Bir toplumun onlardan xəbərsiz danışıqlarına qulaq asmaq.
Uca Allah buyurur:
﴾Bir-birinizi güdməyin﴿. (əl-Hucurat surəsi, ayə: 12).

Cavab: İsrafçılıq: Malı lazımsız yerə xərcləməkdir.
Bunun əksi isə xəsislik. Xəsislik: Malı lazım olan yerə xərcləməməkdir.
Doğru mövqe isə bunların arasında orta bir yol tutmaqdır, belə ki, müsəlman səxavətli olmalıdır.
Uca Allah buyurur:
﴾Onlar (mallarını )xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar﴿. (əl-Furqan surəsi, ayə: 67).

Cavab: Qorxaqlıq, qoxulması lazım olmayan bir şeydən qorxmaqdır.
Məsələn:
Haqq sözü deməkdən və pisliyi inkar etməkdən qorxmaqdır.
Şücaət:
Haqqı müdafiə etməkdir. Məsələn: İslamı və müsəlmanları müdafə etmək məqsədi ilə cihad meydanlarına atılmaq.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) duasında belə deyərdi: «اللَّهُمَّ إنِّي أعوذُ بكَ من الجُبنِ...» [Allahummə, inni əuzu bikə minəl-cubni] "Allahım, qorxaqlıqdan Sənə sığınıram!" Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Qüvvətli mömin, zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Hər ikisində də xeyir vardır". Bu hədisi Müslim rəvayət etmişdir.

Cavab: Məsələn: Lənət etmək və söyüş söymək.
Başqasına "heyvan" yaxud buna oxşar kobud sözlər demək.
Ayıb yerləri bildirən əxlaqsız və ədəbsiz sözlər söyləmək.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bütün bunlardan çəkindirərək belə demişdir: «Mömin tənə etməz, lənət etməz, pis və ədəbsiz sözlər söyləməz» Hədisi ət-Tirmizi və İbn Hibbən rəvayət etmişdir.

Cavab: 1- Dua etmək. Belə ki, insan, Allaha, onu gözəl əxlaqla nemətləndirməsi və bu işdə ona yardımçı olması üçün dua etməlidir.
2- İnsan hər zaman Uca Allahın onu gördüyünü, daima ondan agah olduğunu və onu eşidib halından xəbərdar olduğunu bilməsi.
3- Uca Allahın gözəl əxlaq sahibinə verəcəyi savabı və gözəl əxlaqın Cənnətə girmək üçün bir səbəb olmasını xatırlamaq.
4- Pis əxlaqın pis sonluqla bitəcəyini və pis əxlaqa sahib olmağın Cəhənnəmə girmək üçün bir səbəb olmasını xatırlamaq.
5- Gözəl əxlaq, Uca Allahın və insanların məhəbbətini, pis əxlaq isə Uca Allahın və insanların qəzəbini qazanmağa səbəbdir.
6- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyatını oxumaq və Onu özünə nümunə götürmək.
7- Yaxşı insanlarla dostluq etmək, pis insanlardan uzaq olmaq.