Fiqh bölümü

Cavab: Təharət - hədəsin (təharətin şərt olduğu ibadətləri yerinə yetirməyə mane olan vəsf) aradan qaldırılması və natəmiz bir şeyin yox olmasıdır.
Natəmiz bir şeyin təmizlənməsi, yəni: müsəlmanın onun bədənindən, paltarından, bir məkandan və ya namaz qıldığı yerdən nəcasəti aradan qaldırması deməkdir.
Hədəsi(təharətin şərt olan ibadətləri yerinə yetirməyə mane olan vəsf) aradan qaldırmaq, yəni: təmiz su ilə dəstəmaz, yaxud qüsl almaqla, su olmadıqda və ya üzürlü səbəbə görə sudan istifadə etmək mümkün olmadıqda təyəmmüm etməklə olur.

Cavab: Həmin yer nəcasətdən təmizlənənə qədər su ilə yuyulmalıdır.
Amma itin su içdiyi qabın təmizlənməsinə gəldikdə isə, həmin qab, yeddi dəfə yuyulmalı, bunların birincisi isə torpaqla olmalıdır.

Cavab: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Müsəlman (yaxud mömin) bir bəndə dəstəmaz aldığı zaman üzünü yu­duq­da, gözləri ilə gördüyü hər bir günah su ilə, (yaxud suyun son damlasıyla) bəra­bər üzün­dən çıxar. Əllərini yuduqda, əlləri ilə etdiyi hər bir günah su ilə, (ya­xud suyun son damlasıyla) bərabər əllərindən çıxar. Ayaq­larını yuduqda, ayaq­ları ilə getdiyi hər bir günah su ilə, (ya­xud suyun son dam­lasıyla) bərabər ayaq­larından çıxar. Nəhayət, o bəndə günahlardan tə­miz­lənmiş halda çıxar". Bu hədisi Müslim rəvayət etmişdir.

Cavab: Əllər üç dəfə yuyulur.
Üç dəfə madmada, istinşaq və istinsar etmək.
Madmada, yəni: suyu ağızda dövr etdirdikdən sonra ifraz etmək.
İstinşaq, yəni: sağ əli ilə suyu, hava ilə birgə buruna çəkmək.
İstinsar, yəni: suyu burnuna çəkdikdən sonra, sol əli ilə suyu burnundan ifraz etmək.
Sonra üzü üç dəfə yumaq.
Sonra əlləri üç də­fə dirsəklərə qədər yumaq.
Sonra əllərini irəli-geri aparıb gətirməklə başa (bir dəfə) məsh çəkmək. Sonra qularlara (bir dəfə) məsh çəkmək.
Bundan sonra isə ayaqları topuqlara qədər üç dəfə yumaq.
Dəstəmazın belə alınması daha kamildir. Çünki əl-Buxari və Müslimdə, Osman ibn Əffanın və Abdullah bin Zeydin və həmçinin başqalarından rəvayət etdikləri hədisdə, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dəstəmaz aldığı rəvayət edilmişdir. Buxarının və başqalarının rəvayət etdikləri hədisdə, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dəstəmazı bir dəfə, başqa rəvayətdə isə iki dəfə aldığı rəvayət edilmişdir.Yəni: Bir rəvayətdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dəstəmaz əzalarını bir dəfə yumuşdur, başqa rəvayətdə isə iki dəfə yumuşdur.

Cavab: Dəstəmazın fərzləri o əməllərdir ki, müsəlman onlardan hər hansı biri tərk edilərsə, onun dəstəmazı səhih sayılmaz.
1- Ağız və burun daxil olmaqla üzü yumaq.
2- Əlləri dirsəklərə qədər(dirsəklər daxil olmaqla) yumaq.
3- Qulaqlar daxil olmaqla başa məsh çəkmək.
4- Ayaqları topuqlara qədər yumaq.
5- Bu əzaları tərtiblə yumaq. Yəni: Dəstəmaz alarkən birinci üz, sonra əllər, sonra başa məsh çəkmək, daha sonra isə ayaqlar yuyulmalıdır.
6- Ardıcıllıq. Yəni: Dəstəmaz alarkən fasilə vermədən, əzalardan dəstəmazın suyu qurumazdan öncə dəstəmaz əzalarını yuyub qurtarmaq.
Məsələn:
Əgər dəstəmazı yarıya qədər alıb, qalan yarısını isə başqa vaxt alarsa, bu zaman dəstəmaz səhih sayılmaz.

Cavab: Əgər insan dəstəmaz alarkən, dəstəmazın sünnətlərini edərsə, əlavə savab qazanar, əgər bu sünnətləri tərk edərsə, günah qazanmaz və dəstəmazı da doğru sayılar. Dəstəmazın sünnətlərinin sayı səkkizdir. Bunlar aşağıdakılardır:
1- Dəstəmaza başlamazdan öncə bəsmələ - "Bismilləh" demək.
2- Misvakdan istifadə etmək.
3- Əlləri biləklərə qədər yumaq.
4- Barmaqların arasını yumaq.
5- Dəstəmaz əzalarını iki və ya üç dəfə yumaq.
6- Dəstəmaz alarkən sağdan başlamaq.
7- Dəstəmazdan sonra zikr etmək: [Əşhədu ən lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va Rasuluhu] «Mən şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yox­dur. O təkdir. Onun şəri­ki yoxdur. Həmçinin şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisi­dir!».
8- Bundan sonra iki rükət namaz qılmaq.

Cavab: Öndən və arxadan çıxan hər bir şey dəstəmazı pozur. Yəni: yel də daxil olmaqla, kiçik və ya böyük təharətə çıxmaq insanın dəstəmazını batil edir.
Yuxu, insanın dəli olması, yaxud özündən getməsi.
Dəvə əti yemək.
Heç bir maneə olmadan ön və ya arxa övrətə toxunmaq.

Təyəmmüm: Su tapmadıqda və ya sudan istifadə etməyə qadir olmadıqda, təmizlənmək üçün pak torpaq və ya yer üzünün pak əşyalarından istifadə etmək.

Cavab: Təyəmmüm, iki əlin ovuc nahiyəsi ilə bir dəfə torağa vurduqdan sonra, onları üzə və əlin üst nahiyəsinə (əvvəlcə sol əlin ovcunu sağ əlin üstünə, sonra sağ əlin ovucunu sol əlin üstünə) bir dəfə sürtməklə edilir.

Cavab: 1- Dəstəmazı pozan hər bir amil.
2- Suyun mövcud olması.

Cavab: Xüf - dəridən hazırlanır və ayağa geyinilir.
Corab isə, dəridən olmayan ayağa geyinilən geyimdir.
Ayaqları yumaq əvəzinə xüf və corablar üzərinə məsh etmək caizdir.

Cavab: Soyuq və qış aylarında və həmçinin səfərdə olarkən ayaqları çıxarıb yumaq çətin və məşəqqətli olduğuna görə insanlar üçün bir asanlıq və rahatlıqdır.

Cavab: 1- Xüflərin təharətdən sonra geyinilməsi. Yəni: Xüflərin dəstəmaz aldıqdan sonra geyinilməsi.
2- Xüflərin təmiz olması. Nəcasətə bulaşmış xüfə isə məsh etmək caiz deyildir.
3- Xüflərin, dəstəmazda yuyulması fərz olan ayaq nahiyəsini tam şəkildə örtməsi.
4- Xüf və corablara edilən məshin, şəriətin icazə verdiyi müddət ərzində edilməsi. Şəriət bu müddətin, səfərdə olmuyan şəxs üçün bir gün və bir gecə, müsafir kimsə üçün isə üç gün və üç gecə olduğunu təyin etmişdir.

Cavab: Xüflərə məsh etmə qaydası belədir: Dəstəmaz alarkən iki yaş əlin barmaqlarını, iki ayaq barmaqlarının üzərinə qoyaraq baldır nahiyəsinə qədər yuxarı çəkilir. Sağ ayağa, sağ əl ilə, sol ayağa isə sol əli ilə məsh edilir. Məsh edərkən əl barmaqlar bir-birindən aralı tutulmalı və məsh bir dəfədən artıq edilməməlidir.

Cavab: 1- Məsh müddətinin bitməsi. Şəriətin icazə verdiyi məsh müddəti bitdikdən sonra xüflərə məsh etmək caiz deyildir. Bu müddət, muqim (səfərdə olmuyan) kimsə üçün bir gün və bir gecə, müsafir olan şəxs üçün isə üç gün və üç gecədir.
2- Xüflərin ayaqdan çıxarılması. Əgər insan xüflərin və ya corabların üzərinə məsh etdikdən sonra xüf və ya corabları ayağından çıxararsa, yenidən dəstəmaz almaq istədikdə xüf və ya corabların üzərinə məsh edə bilməz.

Cavab: Namaz - Xususi söz və əməllərdən ibarət, təkbir (Allahu əkbər sözü) ilə başlayıb, salam (əs-Sələmu aleykum va rahmatullah sözü) ilə qurtaran, Allaha edilən bir ibadətin adıdır.

Cavab: Namaz qılmaq hər bir müsəlmana vacibdir.
Uca Allah buyurur:
﴾Həqiqətən namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir﴿. (ən-Nisa surəsi, ayə: 103).

Cavab: Namazı tərk etməyin hökmü küfürdür. Çünki bu barədə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:
"Bizimlə onlar arasındakı əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir".
Hədisi İmam Əhməd, ət-Tirmizi və başqaları rəvayət etmişdir.

Cavab: Müsəlmana bir gecə və gündüz ərzində beş vaxt namaz qılmaq fərz edilmişdir. Bu namazlar isə bunlardır: Fəcr namazı, iki rükətdir. Zöhr namazı, dörd rükətdir. Əsr namazı, dörd rükətdir. Məğrib namazı, üç rükətdir. İşa namazı, dörd rükətdir.

Cavab: 1- İslam(müsəlman olmaq). Kafirdən namaz qəbul olunmaz.
2- Ağıllı olmaq. Dəlidən namaz qəbul edilməz.
3- Halalı haramdan, yaxşını pisdən ayırmağa qadir olmaq. Bu seçimi edə bilməyən azyaşlıdan namaz qəbul edilməz.
4- Niyyət etmək.
5- Namaz vaxtının daxil olması.
6- Dəstəmazlı olmaq.
7- Bədən və ya paltarın nəcasətdən təmiz olması.
8- Övrətin örtülməsi.
9- Qibləyə yönəlmək.

Cavab: Namazın on dörd rükunu vardır. Bunlar aşağıdakılardır:
1- Ayaq üstə dayanmağa qadir olan insanın namazda ayaq üstə durması.
2- Təkbiratu-l-ehram. Yəni, namazın əvvəlində: «الله أكبر» "Allahu Əkbər" demək.
3- əl-Fatihə surəsini oxumaq.
4- Rüku etmək. Rüku edərkən bel düz tutulmalı və baş isə bel ilə bərabər səviyyədə edilməlidir.
5- Rükudan qalxmaq.
6- Rükudan qalxdıqdan sonra beli düz tutmaq.
7- Səcdə etmək. Səcdə edərkən alnı, burnu, iki ovucu, iki dizləri və iki ayağın barmaqlarını yerə birləşdirmək.
8- Səcdədən qalxmaq.
9- İki səcdə arasında oturmaq.
Bu halda sünnət, sol ayağı yerə qoyaraq onun üzərində oturmaq, sağ ayağı isə dik tutub, qibləyə tərəf yönəltməkdir.
10- Arxayınlıqla etmək. Bu, hər bir feli rüknu icra edərkən tələsmədən sakit halda yerinə yetirməkdir.
11- Axırıncı təşəhhüd duasını oxumaq.
12- Axırıncı təşəhhüd duası üçün oturmaq.
13- Sağ və sol tərəfə "əs-Sələmu aleykum va rahmatullah" deyərək salam vermək.
14- Bu rüknların hamısı tərtiblə, yəni, bir-birinin ardınca-yuxarıda qeyd etdiyimiz kimi etmək. Əgər qəsdən rüku etməzdən öncə səcdə edərsə, həmən rükət batil olar. Əgər səhvən edərsə, bu zaman qalxıb rükü etməli, sonra isə səcdə etməlidir.

Cavab: Namazın səkkiz vacibi vardır. Bunlar aşağıdakılardır:
1- Təkbiratu-l-ehramdan başqa olan təkbirlər.
2- İmam və tək namaz qılan insanın başını rükudan qaldırdıqda: «سمع الله لمن حمده» [Səmi Allahu limən həmidəh] "Allah Ona həmd edəni eşitdi!" - zikrini demək.
3- «ربنا ولك الحمد» [Rabbənə va ləkə-l-həmd], "Ey Rəbbimiz! Sənə həmd olsun" - zikrini demək.
4- Rükuda bir dəfə: «سبحان ربي العظيم» [Subhənə rabbiyəl-azim], "Böyük Rəbbim pak və müqəddəsdir!" - zikrini demək.
5- Səcdədə bir dəfə: «سبحان ربي الأعلى» [Subhənə Rabbiyə-l-Əla], "Ən Uca Rəbbim pak və müqəddəsdir!" - zikrini demək.
6- İki səcdə arasında: «رب اغفر لي» [Rabbi-ğ-fir li] "Rəbbim, məni bağışla! Rəbbim, məni bağışla!" - zikrini demək.
7- Birinci təşəhhüd duasını oxumaq.
8- Birinci təşəhhüd duası üçün oturmaq.

Cavab: Namazın on bir sünnəti var. Bunlar aşağıdakılardır:
1- Təkbiratu-l-ehram etdikdən sonra «سبحانك اللهم وبحمدك، وتبارك اسمك، وتَعَالَىٰ جدك، ولا إله غيرك» [Subhənəkə Allahummə va bihəmdi­kə va təbarəkə-s-mukə və təalə cəddukə va lə iləhə ğayrukə] "Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmə­tin ucadır. Səndən başqa məbud yoxdur!" - zikrini demək. Bu duaya "İstiftah" (açılış) duası deyilir.
2- əl-Fatihə surəsini oxumazdan əvvəl «أعوذ بالله من الشيطان الرجيم» [Əuzu billəhi minəş-şeytanir-ra­cim] "Lənətlənmiş şeytandan Allaha sığını­ram!" - zikrini demək.
3- «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] "Mərhəmətli və Rəhmli Allahın adı ilə" ayəsini oxumaq.
4- əl-Fatihə surəsini oxuduqdan sonra "Amin" demək.
5- əl-Fatihə surəsini oxuyub qurtardıqdan sonra hər hansı bir surəni oxumaq.
6- İmamın qiraəti səslə oxuması.
7- Rükudan qaxıb «ربنا ولك الحمد» [Rabbənə va ləkə-l-həmd], "Ey Rəbbimiz! Sənə həmd olsun" - zikrini dedikdən sonra «ملء السَّمٰوات وملء الأرض، وملء ما شئت من شيء بعد» [Milə-s-səməvati va milə-l-ardi va milə mə şi'tə min şeyin bədu] "Göylər dolusu, yer dolusu və bundan sonra dilədiyin şeylər dolusu (Sənə həmd ol­sun)".
8- Rükuda bir dəfədən artıq zikr etmək. Yəni: Rükuda iki, üç və yaxud daha çox sayda zikr etmək.
9- Səcdədə bir dəfədən artıq zikr etmək.
10- İki səcdə arasında bir dəfədən artıq: «رب اغفر لي» [Rabbi-ğ-fir li] "Rəbbim, məni bağışla!" - zikrini demək.
11- Axırıncı təşəhhüddə Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) və Onun ailəsinə salavat və xeyir dua etmək və ondan sonra dua etmək.
Hərəkətlə olan sünnətlər. Buna namazın zahiri görnüşüdə deyilir. Bunlar aşağıdakılardır:
1- Əlləri təkbiratu-l-ehramda qaldırmaq.
2- Əlləri rüku etdikdə qaldırmaq.
3- Əlləri rükudan qalxdıqda qaldırmaq.
4- Rükudan qalxdıqdan sonra əlləri aşağı salmaq.
5- Sağ əli sol əlin üzərinə qoymaq.
6- Səcdə yerinə baxmaq.
7- Qiyamda olan zaman iki ayaqların arasını ayırmaq.
8- Rükuda olduqda iki əlin barmaqlarını aralayıb dizləri əllər ilə tutmaq, rüku halında başı və beli bir səviyyədə düz tutmaq.
9- Səcdə əzalarını yerə birləşdirmək.
10- Qollarını yanından, qarnını budlardan, budları baldırlardan, baldırlar dizlərindən aralı tutmaq. Səcdədə olarkən ayaqları dik tutmaq, ayaq barmaqlarını yerə birləşdirərək, barmaqların arasını açıq saxlamaq və əl­lə­ri­ni çiyinləri bərabərinə qoyub, barmaqların arasını aralı və qibləyə tərəf düz tutaraq saxlamaq.
11- İki səcdə arasında və birinci təşəhhüddə, sol ayağı yerə sərərək onun üzərində oturmaq, sağ ayağı isə dik tutub, qibləyə tərəf yönəldilmiş halda sol ayağı üstündə oturmaq. Axırıncı təşəhhüddə isə sağ ayağını dik tutub, barmaqlarını isə qibləyə yönəldilmiş halda saxlayaraq, sol ayağını sağ tərəfindən çıxarıb, sol ombasının üzərində oturmaq.
12- İki səcdə arasında və həmçinin təşəhhüd duasını oxuduqda əlləri, barmaqların arasını aralı və qibləyə tərəf düz tutaraq saxlamaq, təşəhhüd duasını oxuduqda isə adsız və çeçələ barmağını qatlayıb baş barmaqla orta barmağını dairəvi halqa halında saxlayıb, Allahı zikr etdikdə şəhadət barmağı ilə işarə etmək.
13- Salam verdikdə üzü sağ və sol tərəfə çevirmək.

Cavab: (1) Namazın hər hansı bir rüknunu və yə şərtlərindən hər hansı bir şərtini tərk etmək.
(2) Namazda qəsdən danışmaq.
(3) Namazda yemək və içmək.
(4) Namazda ardıcıl çoxlu hərəkət etmək.
(5) Namazın vaciblərindən hər hansı birini qəsdən tərk etmək.

Cavab: Namazın qılınma qaydası.
1- Sağa, sola və ya arxaya çevrilmədən, bütün bədəni ilə qibləyə tərəf yönəlmək.
2- Sonra qılmaq istədiyi namaz üçün dil ilə deyil, qəlbi ilə niyyət etməlidir.
3- Sonra təkbiratu-l-ehram edərək (الله أكبر) "Allahu Əkbər" deyib, əl­lə­ri­ni çiyinləri bərabərində qaldırmalıdır.
4- Sonra sağ əlini sol əlinin üstünə qoyaraq, sinəsinin üzərində tutmalıdır.
5- Sonra İstiftəh duasını oxuyaraq deyir: «اللهم باعد بيني وبين خطاياي كما باعدت بين المشرق والمغرب، اللهم نقني من خطاياي كما يُنقى الثوب الأبيض من الدنس، اللهم اغسلني من خطاياي بالماء والثلج والبرد» [Allahummə bəid beyni va beynə xata­yəyə kəmə bəadtə beynə-l-məşriqi va-l-məğribi, Allahummə nəqqini min xata­yəyə kəmə yunəqqa-s-saubul-əbyədu min­ə-d-dənəsi. Allahummə-ğ-silni min xatayəyə bi-s-səlci va-l-məi va-l-bəradi] "Allahım! Məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım! Ağ paltar kirdən təmiz­ləndiyi kimi məni də günahlarımdan təmizlə! Allahım! Mənim günahlarımı qar, su və dolu ilə yu!".
Yaxud da:
«سبحانك اللهم وبحمدك، وتبارك اسمك، وتَعَالَىٰ جدك، ولا إله غيرك» [Subhənəkə Allahummə va bihəmdi­kə va təbarəkə-s-mukə və təalə cəddukə va lə iləhə ğayrukə] "Pak və müqəddəs(nöqsansız) və Həmd sahibi olan Allahım! Adın mübarək, və əzəmətin ucadır, Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur!".
6- Sonra Şeytanın şərindən Allaha sığınaraq belə deyir: «أعوذ بالله من الشيطان الرجيم» [Əuzu billəhi minəş-şeytanir-ra­cim] "Lənətlənmiş şeytandan Allaha sığını­ram!". 7- Sonra «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] "Mərhəmətli və Rəhmli Allahın adı ilə" deyərək əl-Fatihə surəsini oxuyur: 1- «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə﴿. 2- «الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ» [Əlhəmdu lilləhi Rabbil-aləmin] ﴾Həmd olsun aləmlərin Rəbbi Allaha,﴿. 3- «الرَّحْمـنِ الرَّحِيمِ» [ər-Rahmənir-Rahim] ﴾Mərhəmətli və Rəhmliyə,﴿. 4- «مَالِكِ يَوْمِ الدِّينِ» [Məliki yəumid-din] ﴾Haqq-hesab gününün Hökmdarına!﴿. 5- «يَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ» [İyyəkə nə'budu va iyyəkə nəstəin] ﴾Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.﴿. 6- «اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ» [İhdinəs-siratəl-mustəqim] ﴾Bizi doğru yola yönəlt –﴿. 7- «صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ» [Siratal-ləzinə ən-amtə aleyhim ğayril-mağdubi aleyhim vala-ddallin] ﴾nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!﴿. (əl-Fatihə surəsi, ayə: 1-7).
əl-Fatihə surəsini oxuyub qurtardıqdan sonra «آمين» [Amin]. Yəni: Allahım cavab ver!- deyir.
8- Sonra Qurandan müyəssər olanı oxuyur. Fəcr namazının qiraətini isə uzun edir.
9- Sonra rüku edir. Yəni: Uca Allaha təzim əlaməti olaraq belini Allah üçün əyir. Rüku edərkən təkbir edib, (الله أكبر) "Allahu Əkbər" deyib, əl­lə­ri­ni çiyinləri bərabərində qaldırmalıdır. Bu vəziyyətdə oldarkən, iki əlin barmaqlarını aralayıb dizləri üzərinə qoymaq, rüku halında başı və beli bir səviyyədə düz tutmaq sünnədir.
10- Rükuda üç dəfə: «سبحان ربي العظيم» [Subhənə rabbiyəl-azim], "Böyük Rəbbim pak və müqəddəsdir!" - zikrini deməlidir. Bu zikri dedikdən sonra «سبحانك اللهم ربنا وبحمدك، اللهم اغفر لي» [Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Alla­humməğ-firli], "Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sə­nə həmd olsun. Allahım, məni bağışla!"- zikrini deməsi yaxşıdır.
11- Sonra «سمع الله لمن حمده» [Səmi Allahu limən həmidəh] "Allah Ona həmd edəni eşitdi!" - zikrini deyərək başını rükudan qaldırır. Bu zaman əl­lə­ri­ni çiyinləri bərabərində qaldırmalıdır. İmamın arxasında namaz qılan kimsə isə [Səmi Allahu limən həmidəh] zikrini demir, o, bu zikrin əvəzinə «ربنا ولك الحمد» [Rabbənə və ləkəl-həmd] "Ey Rəb­bi­miz! Sənə həmd olsun!"- zikrini deməlidir.
12- Rükudan qalxıb belini düz tutduqdan sonra «ربنا ولك الحمد، ملء السماوات والأرض، وملء ما شئت من شيء بعد» [Rabbənə va ləkəl-həmd. Miləs-səməvati va miləl-ardi va milə mə şitə min şeyin bə'du] "Ey Rəbbimiz! Sənə həmd olsun. Göylər dolusu, yer dolusu və bundan sonra dilədiyin şeylər dolusu (Sənə həmd ol­sun)"- zikrini deməlidir.
13- Sonra (الله أكبر) "Allahu Əkbər" deyərək birinci səcdəni etməlidir. Səcdə yeddi əza üzərində edilməlidir. Bu əzalar aşağıdakılardır: Alın, burun, iki əl, iki diz, ayaq barmaqlarının ucları. Səcdə edərkən qollarını yanından ayırmalı, dirsəklərini yerə sərməməli və barmaqlarının ön hissələrini qibləyə tərəf yönəltməlidir.
14- Səcdədə üç dəfə: «سبحان ربي الأعلى» [Subhənə Rabbiyəl-Əla] "Ən Uca Rəbbim pak və müqəddəsdir!" - zikrini deməlidir. Bu zikri dedikdən sonra «سبحانك اللهم ربنا وبحمدك، اللهم اغفر لي» [Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Alla­humməğ-firli], "Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sə­nə həmd olsun. Allahım, məni bağışla!"- zikrini deməsi yaxşıdır.
15- Sonra (الله أكبر) "Allahu Əkbər" deyərək başını səcdədən qaldırır.
16- Sonra iki səcdə arasında sol ayağı üzərində oturur, sağ ayağını düz tutur, sağ əlini sağ budunun dizinə yaxın məsafədə qoyur, adsız və çeçələ barmağını qatlayıb, şəhadət barmağını dua etdikdə qaldırır və hərəkət etdirir, baş barmaqla orta barmağını dairəvi halda saxlayıb və sol əlinin barmaqlarının arasını aralı qoyaraq sol budunun dizinə yaxın məsafədə tutmalıdır.
17- Və iki səcdə arasında oturaraq belə deyir: «رب اغفر لي، وارحمني، واهدني، وارزقني، واجبرني، وعافني» [Rabbiğ-fir li, var-həmni, vahdini, var-zuqni, vac-burni, va afini] "Rəbbim, məni bağışla, mənə rəhm et, məni doğru yo­la yönəlt, mənə ruzi yetir, mənə lütf et və mənə salamatlıq ver!".
18- Sonra birinci səcdəni etdiyi kimi ikinci səcdəni də edir, birinci səcdədə dediyi zikrləri və etdiyi hərəkətləri eyni ilə ikinci səcdədə də təkrar edir və səcdə etdikdə təkbir yəni "Allahu Əkbər"- deyir.
19- Sonra "Allahu Əkbər" deyərək, ikinci rükətdən ayağa qalxır. İkinci rükəti də birinci rükəti qıldığı kimi qılır. İstiftah (açılış) duası müstəsna olmaqla, birinci rükətdə dediyi zikrləri və etdiyi hərəkətləri eyni ilə ikinci rükətdə də təkrar edir.
20- İkinci rükəti qurtardıqdan sonra "Allahu Əkbər" deyərək, iki səcdə arasında oturduğu kimi təşəhhüd duasını oxumaq üçün oturur.
21- Bu oturuşda təşəhhüd duasını oxuyaraq belə deyir: «التحيات لله والصلوات والطيبات، السلام عليك أيها النبي ورحمة الله وبركاته، السلام علينا وعلى عباد الله الصالحين، أشهد أن لا إله إلا الله، وأشهد أن محمداً عبده ورسوله، اللهم صلِّ على محمد وعلى آل محمد، كما صليت على إبراهيم وعلى آل إبراهيم، إنك حميد مجيد، وبارك على محمد وعلى آل محمد، كما باركت على إبراهيم وعلى آل إبراهيم، إنك حميد مجيد» [ət Təhiyyətu lilləhi, va-s-saləvatu, va-t-tayyibətu, əs Sələmu aleykə əyyuhə-n-nəbiyyu va rahmətullahi va bərakətuhu, əsSələmu aleynə va alə ibədi-l-ləhi-s-Sali­hin. Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu. Allahummə salli alə Muhəmmədin va alə əəli Muhəmməd, kəmə salleytə alə İbra­himə va alə əəli İbrahimə, innəkə həmi­dun məcid. Allahummə bərik alə Muhəm­mədin va alə əəli Muhəmməd, kəmə bərak­tə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmidun məcid] "Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (olsun)! Bizə və Allahın əməlisaleh qul­larına salam ol­sun! Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur və şahid­lik edirəm ki, Muhəm­məd Onun qulu və elçisi­dir. Allahım! İbrahimə və İbrahimin ailə­sinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şüb­həsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərə­kət verdiyin kimi, Muhəmmədə və Muhəmmə­din ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən!". «أعوذ بالله من عذاب جهنم، ومن عذاب القبر، ومن فتنة المحيا والممات، ومن فتنة المسيح الدجال» [Əuzu biLləhi min əzabi Cəhənnəmə va min əzabil-qabri va min fitnətil-məhyə val-məmati va min şərri fitnətil-məsihid-dəccal] "Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən, məsih dəccalın fitnəsinin şərindən Allaha pənah aparıram!". Sonra Rəbbindən dilədiyi dünya və axirət xeyirlərini istəyərək dua edir.
22- Sonra sağ və sol tərəfə «السَّلام عليكم ورحمة الله» [əs-Sələmu aleykum va rahmatullah] "Allahın salamı və rəhməti sizin üzərinizə olsun" deyərək salam verib namazı sona çatdırır.
23- Əgər namaz üç və ya dörd rükətli namazdırsa, birinci təşəhhüdü «أشهد أن لا إله إلا الله، وأشهد أن محمداً عبده ورسوله» [Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu] "Mən şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yoxdur və şahid­lik edirəm ki, Muhəm­məd Onun qulu və elçisi­dir"- hissəsinə qədər oxumalıdır.
24- Sonra "Allahu Əkbər" deyərək qiyama qalxır. Bu zaman əl­lə­ri­ni çiyinləri bərabərində qaldırmalıdır.
25- Sonra namazının qalan hissəsini isə ikinci rükəti qıldığı kimi qılmalıdır. Lakin üçüncü və dördüncü rükətlərdə əl-Fatihə surəsindən sonra heç bir surə oxumur.
26- Sonra Təvərrük oturuşu oturaraq, sağ ayağını düz tutur, sol ayağını isə sağ baldırının altından kənara çıxararaq, sol ombası üstündə oturur, birinci təşəhhüddə oturduğu kimi iki əlini, iki budunun üstünə qoyur.
27- Bu oturuşda isə təşəhhüd duasını axıra qədər oxuyur.
28- Sonra sağ və sol tərəfə «السَّلام عليكم ورحمة الله» [əs-Sələmu aleykum va rahmatullah] "Allahın salamı və rəhməti sizin üzərinizə olsun" deyərək salam verib namazı sona çatdırır.

Cavab: Üç dəfə «أَسْـتَغْفِرُ الله» [Əstəğfirul-lah] "Allahdan bağışlanma diləyirəm!".
- «اللّهُـمَّ أَنْـتَ السَّلامُ، وَمِـنْكَ السَّلام، تَبارَكْتَ يا ذا الجَـلالِ وَالإِكْـرام» [Allahummə ən­tə-s-sələmu va minkə-s-sələmu, təbəraktə yə zə-l-cələli va-l-ikram] "Allahım! Salam Sənsən və əmin-aman­lıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan".
- «لا إلهَ إلاّ اللّهُ وحدَهُ لا شريكَ لهُ، لهُ المُـلْكُ ولهُ الحَمْد، وهوَ على كلّ شَيءٍ قَدير، اللّهُـمَّ لا مانِعَ لِما أَعْطَـيْت، وَلا مُعْطِـيَ لِما مَنَـعْت، وَلا يَنْفَـعُ ذا الجَـدِّ مِنْـكَ الجَـد» [Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləh. Ləhu-l-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir. Allahummə, lə mənia limə ə'taytə va lə mu'tiyə limə məna'tə va lə yənfəu zə-l-cəddi minkə-l-cəddu] "Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hör­məti fayda ver­məz".
- «لا إلهَ إلاّ الله، وحدَهُ لا شريكَ لهُ، لهُ الملكُ ولهُ الحَمد، وهوَ على كلّ شيءٍ قدير، لا حَـوْلَ وَلا قـوَّةَ إِلاّ بِاللهِ، لا إلهَ إلاّ الله، وَلا نَعْـبُـدُ إِلاّ إيّـاه، لَهُ النِّعْـمَةُ وَلَهُ الفَضْل وَلَهُ الثَّـناءُ الحَـسَن، لا إلهَ إلاّ الله مخْلِصـينَ لَـهُ الدِّينَ وَلَوْ كَـرِهَ الكـافِرون».
[Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləhu. Ləhu-l-mulku va ləhu-l-həmdu va huvə alə kulli şeyin qadir. Lə havlə va lə quvvatə illə billəhi. Lə iləhə illə-l-lahu, va lə nə'budu illə iyyəh. Ləhu-n-ni'mətu va lə­hu-l-fədlu va ləhu-s-sənəu-l-həsənu. Lə iləhə illə-l-lahu muxlisınə ləhu-d-dinə va lov kəri­hə-l-kəfirun] "Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadir! Allahdan başqa mə­bud yoxdur. Biz yalnız Ona ibadət edirik. Nemət Onun­dur, lütf Onundur və gözəl tərif Onadır. Allahdan başqa məbud yoxdur. Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edi­rik!".
Otuz üç dəfə «سُـبْحانَ اللهِ» [Subhənə-l-lah] "Allah pak və müqəddəsdir".
Otuz üç dəfə «الحَمْـدُ لله» [Əl-həmdu lilləh] "Həmd Allahadır".
Otuz üç dəfə «اللهُ أكْـبَر» [Allahu Əkbər] "Allah Böyükdür".
Yüzün tamamında isə belə deyir:
- «لا إله إلا الله وحده لا شريك له، له الملك وله الحمد، وهو على كل شيء قدير» [Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləh. Ləhu-l-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir] "Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!".
Fəcr və məğrib namazdan sonra üç dəfə, zöhr, əsr və işa namazlarından sonra isə bir dəfə əl-İxlas, əl-Fələq və ən-Nas surələrini oxuyur.
Sonra isə bir dəfə "Ayətul-kursi" ayəsi­ni oxuyur.

Cavab: Fəcr namazından öncə iki rükət.
Zöhr namazından öncə dörd rükət.
Zöhr namazından sonra iki rükət.
Məğrib namazından sonra iki rükət.
İşa namazından sonra iki rükət.
Bu namazların fəzilətinə gəldikdə isə, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət olunur: "Kim bir gecə və gün ərzində, könüllü olaraq on iki rükət sünnət namaz qılarsa, Allah onun üçün Cənnətdə ev tikər". Hədisi Müslim, İmam Əhməd və başqaları rəvayət etmişdir.

Cavab: Cümə günü. Bu barədə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Şübhəsiz ki, cümə günü sizin ən fəzilətli günlərinizdəndir. Adəm o gündə yaradılmış və ruhu o gündə alınmışdır. Sura üfürülmə və insanların (dəhşətli səsin qorxusundan) bayılması o gündə olacaqdır. Cümə günü mənə çox-çox salavat gətirin, çünki sizin salavatınız mənə arz olunur". Səhabələr: Ey Allahın Elçisi, cəsədin çürüdüyü halda salavatımız sənə necə ərz oluna bilər? - deyə sual verdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) də onlara belə cavab verdi: "İzzət və Cəlal sahibi Olan Allah Peyğəmbərlərin cəsədlərini torpağa haram etdi (torpaq onların cəsədini yeməz)". Hədisi Əbu Davud və başqaları rəvayət etmişdir.

Cavab: Cümə namazı hər bir həddi-büluğa çatmış kişi, ağıl sahibi və səfərdə olmuyan müsəlmana fərzu-ayındır.
Uca Allah buyurur:
﴾Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!﴿. (əl-Cumuə surəsi, ayə: 9).

Cavab: Cümə namazı iki rükətdən ibarətdir. İmam bu iki rükətin hər ikisində də qiraəti səslə oxumalı və bu iki rükət namazdan öncə iki hissədən ibarət xütbə verməlidir.

Cavab: Şəri üzr olmadan cümə namazını buraxmaq caiz deyildir. Bu barədə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Kim tənbəllik səbəbilə cümə namazını üç dəfə tərk edərsə, Allah onun qəlbini möhürləyər". Hədisi Əbu Davud və başqaları rəvayət etmişdir.

Cavab:
1- Cümə qüsulu almaq.
2- Ətirlənmək.
3- Gözəl libas geyinmək.
4- Məscidə erkən getmək.
5- Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) çoxlu salavat gətirmək.
6- Kəhf surəsini oxumaq.
7- Məscidə piyada getmək.
8- Duaların qəbul olunan saatını axtarmaq.

Cavab: Abdullah ibn Ömər (Allah ondan razı olsun) Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Camaat namazı fərdi şəkildə qılınan namazdan iyirmi yeddi dərəcə üstündür". Bu hədisi Müslim rəvayət etmişdir.

Cavab: Namazda xüşu - namaz qılarkən insanın qəlbinin Allaha bağlaması və bədən əzalarının sükunət halında olması deməkdir.
Uca Allah buyurur:
﴾Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər﴿. (əl-Muminun surəsi, ayə: 1 - 2).

Cavab: Zəkat: cəmiyyətdə xüsusi insanlara, xüsusi maldan və xüsusi vaxtda verilməsi vacib sayılan bir haqdır.
Zəkat İslamın rükunlarından biridir və zənginlərdən alınıb, yoxsullara verilən vacib bir sədəqədir.
Uca Allah buyurur:
﴾... zəkat verin ...﴿. (əl-Bəqərə surəsi, ayə: 43)

Cavab: İnsanın öz malından zəkatdan başqa Allah yolunda xərclədiyi hər bir şey müstəhəb sədəqədir. Məsələn: İnsanın hər hansı bir vaxtda, hər hansı bir xeyir iş üçün malından Allah yolunda xərcləməsi.
Uca Allah buyurur:
(Malınızdan) Allah yolunda xərcləyin﴿. (əl-Bəqərə surəsi, ayə: 195).

Cavab: Oruc - Allaha ibadət niyyətilə sübh namazının girən vaxtından, günəş batana qədər yeməkdən, içməkdən və s. orucu batil edən amillərdən imtina etməkdir. Oruc iki növdən ibrətdir:
Vacib olan oruc. Məsələn: Ramazan ayının orucu. Bu oruc, İslamın ərkanlarından biridir.
Uca Allah buyurur:
﴾Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz﴿. (əl-Bəqərə surəsi, ayə: 183).
Vacib olmayan oruc. Məsələn: Hər həftənin birinci və dördüncü günü oruc tutmaq. Hər ayda üç gün oruc tutmaq. Ən əfzəli isə hər qəməri ayının (13, 14, 15) oruc tutmaqdır.

Cavab: Əbu Hureyra (Allah ondan razı olsun) Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Kim imanla və savabını AlIahdan umaraq Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Cavab: Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Kim Allah yolunda bir gün oruc tutarsa, Allah, o günün orucu ilə cəhhənəm atəşini onun vücudundan yetmiş payız uzaqlaşdırar". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
"Yetmiş payız", yəni: "Yetmiş il"

Cavab: 1- Qəsdən yemək və içmək.
2- Qəsdən qaytarmaq.
3- İslam dinindən çıxmaq.

Cavab: 1- İftarı tezləşdirmək.
2- Səhur etmək və səhuru gecləşdirmək.
3- Saleh əməlləri və ibadəti çoxaltmaq.
4- Oruc tutanı təhqir edən kimsəyə: "Mən orucam"- demək.
5- İftar vaxtı dua etmək.
6- Yaş, yaxud quru xurma ilə. Əgər bunları tapmasa, o zaman su ilə iftar etmək.

Cavab: Həcc - məlum ayinləri yerinə yetirmək üçün və həcc üçün təyin olunan vaxtda Allaha ibadət məqsədi ilə Məkkeyi-Mükərrəmədə yerləşən Allahın evi Kəbəni ziyarət etməkdir.
Uca Allah buyurur:
﴾Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur.﴿. (Ali-İmran surəsi, ayə: 97).

1- İhram (niyyət etmək).
2- Ərəfədə dayanmaq.
3- İfadə təvafı.
4- Səfa və Mərva arasında səy etmək.

Cavab: Əbu Hureyra (Allah ondan razı olsun) deyir ki, Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Kim qadınla yaxınlıq etmədən və söyüş söyüb pis sözlər danışmadan həcc edərsə, həccdən anadan doğulduğu kimi (günahsız) qayıdar". Hədisi əl-Buxari və başqaları rəvayət etmişdir.
"Anadan doğulduğu kimi (günahsız) qayıdar", yəni: həccdən günahları bağışlanmış halda qayıdar.

Cavab: Ümrə - ilin hər bir vaxtında məlum ayinləri yerinə yetirmək üçün Allaha ibadət məqsədi ilə Məkkeyi-Mükərrəmədə yerləşən Allahın evi Kəbəni ziyarət etməkdir.

1- İhram (niyyət etmək).
2- Kəbəni tavaf etmək.
3- Səfa və Mərva arasında səy etmək.

Cavab: Cihad - İslamı yaymaqda, İslamı və müsəlmanları müdafiə etməkdə, həmçinin İslama və müsəlmanlara düşmənçilik edənlərlə qarşı döyüşdə, səy və güc sərf etmək.
Uca Allah buyurur:
﴾... malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir﴿. (ət-Tovbə surəsi, ayə: 41).