Əqidə qismi
Cavab: Mənası odur ki: Allah onu bütün insanlara müjdələyən və xəbərdarlıq edən elçi kimi göndərmişdir.
Üzərimizə vacib olan:
1- Əmrlərinə itaət etmək.
2- Xəbər verdiyi şeyləri təsdiqləmək.
3- Ona asi olmamaq.
4- Uca Allaha yalnız Onun qoyduğu şəriətlə ibadət olunur. Bu isə, sünnədən sarılıb, bidətdən uzaq durmaq deməkdir.
Uca Allah buyurur: ﴾Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar﴿. (ən-Nisa surəsi, ayə: 80), həmçinin, Uca Allah buyurur: ﴾O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir﴿. (ən-Nəcm surəsi, ayə: 3 - 4). İzzət və Cəlal sahibi Olan Allah digər ayədə belə buyurur: ﴾Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir﴿. (əl-Əhzab surəsi, ayə: 21).
Cavab: İbadət - Uca Allahın sevib razı qaldığı, zahirdə və batində olan hər bir söz və əməllərin ümumi adıdır.
Zahirdə olan ibadət növlərinə misal: Sübhənallah, Əlhəmdulləh, Allahu Əkbər demək kimi, Allahı dil ilə zikr etmək, namaz qılmaq, Həcc etmək və s.
Batində olan ibadət növlərinə misal: təvvəkül, qorxu, ümid etmək və s.
Cavab: 1- Rububiyyət tövhidi. Bu, Uca Allahın, tək, heç bir şəriki olmayan, yaradan, ruzi verən, yerin göyün mülkünə sahib olan və işləri idarə edən olmasına iman etməkdir.
2- Uluhiyyət tövhidi. Bu, Uca Allahdan başqasına ibadət etməməklə, ibadətdə Onu təkliyini qəbul etməkdir
3- Adlar və sifətlər tövhidi: Bu, Uca Allahın Kitab və sünnədə varid olan ad və sifətlərinə heç bir (təhrif) yozum vermədən, (təatil) inkar etmədən, (təşbih) oxşatmadan və (təmsil) bənzətmədən Allaha layiq olan bir şəkildə iman etməkdir.
Üç növ tövhidin dəlilinə gəldikdə isə, Uca Allah belə buyurur: ﴾O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!﴿. (Məryəm surəsi, ayə: 65).
Cavab: Allaha şərik qoşmaq - ibadətin hər hansı bir növünü Uca Allahdan qeyrisinə sərf etməkdir.
Növləri isə bunlardır:
1- Böyük şirk. Misal olaraq: Uca və Pak Olan Allahdan qeyrisinə dua və ya səcdə etmək, yaxud İzzət və Qüdrət sahibi Olan Allahdan başqasına qurban kəsmək.
2- Kiçik şirk. Misal olaraq: Uca Allahdan qeyrisinə and içmək, ovsun taxmaq - Ovsun: insanın, hər hansı bir xeyri cəlb etmək və ya hər hansı bir zərərdən qorunmaq üçün üzərindən asdığı bir şeydir. Həmçinin kiçik şirkə misal riyadır, məsələn: namaz qılarkən insanların ona baxdığını bildikdə, namazını gözəlləşdirməsi.
Cavab: 1- Uca Allaha iman etmək.
2- Mələklərinə iman etmək.
3- Kitablarına iman etmək.
4- Elçilərinə iman etmək.
5- Axirət gününə iman etmək.
6- Qədərin xeyrinə və şərinə iman etmək.
Buna dəlil, İmam Müslimin Səhih əsərində rəvayət etdiyi Cəbrailin (Allahın ona salamı olsun) məşhur hədisidir. Belə ki, Cəbrail (Allahın ona salamı olsun) Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) iman barədə soruşaraq belə demişdir: "Mənə iman haqqında xəbər ver". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə cavab verdi: "İman sənin, Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə və qədərin xeyrinə və şərinə iman gətirməyindir".
Cavab: 1- Uca Allaha iman:
Səni yaradanın, sənə ruzi verənin Allahın olduğuna və həmçinin Onun, yerin, göyün sahibi və bütün məxluqatı tək idarə edəni olduğuna iman etməndir.
O, ibadət olunan İlahdır, Ondan başqa ibadət olunmağa haqqı olan məbud yoxdur.
O ən əzəmətli, ən böyük və hər bir işində kamil olan Uca Allahdır. Bütün həmd-sənalar, ən gözəl ad və sifətlər yalnız Ona məxsusdur. Onun heç bir şəriki, oxşarı və bənzəri yoxdur. O, bütün bunlardan Pak və Ucadır.
2- Mələkərə iman:
Mələkər - Allahın nurdan, Ona ibadət etmək və Onun əmrlərinə boyun əyərək, tam şəkildə yerinə yetirmək üçün yaratdığı məxluqlardır.
Bu mələklərdən biri də Peyğəmbərlərə vəhy gətirən Cəbraildir (Allahın ona salamı olsun).
3- Kitablara iman:
Onlar - Uca Allahın elçilərə nazil etdiyi kitablardır.
- Quran: Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil edilmişdir.
- İncil: İsaya (Allahın ona salamı olsun) nazil edilmişdir.
- Tövrat: Musaya (Allahın ona salamı olsun) nazil edilmişdir.
- Zəbur: Davuda (Allahın ona salamı olsun) nazil edilmişdir.
- İbrahim və Musanın səhifələri: İbrahim və Musaya nazil edilmişdir.
4- Elçilərə iman:
Onlar, Uca Allahın, qullarını öyrətmək, onları xeyir və Cənnətlə müjdələmək, həmçinin şər və Cəhənnəm əzabı ilə qorxutmaq üçün göndərdiyi elçilərdir.
Elçilərin ən fəzilətliləri: "Ulul azm" adlanan, möhkəm iradə sahibləri olanlardır. Onlar:
1- Nuh (Allahın ona salamı olsun).
2- İbrahim (Allahın ona salamı olsun).
3- Musa (Allahın ona salamı olsun).
4- İsa (Allahın ona salamı olsun).
5- Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun).
5- Axirət gününə iman:
Axirət günü, insanın öldükdən sonra qəbirdə qaldığı, qiyamət saatının qopduğu, məxluqatın yenidən diriləcəyi, onların haqq-hesab olunacağı, Cənnət əhlinin Cənnətdə öz mənzillərində, Cəhənnəm əhlinin də, Cəhənnəmdə öz mənzillərində yerləşdikləri gündür.
6- Qədərin xeyrinə və şərinə iman:
Qədər: Uca Allahın kainatda baş verən hər bir şeyi bilməsinə, baş vermiş şeyin əvvəlcədən lövhi-məhfuzda yazılmasına və onun Allahın istəyi və xəlq etməsi ilə baş verdiyinə iman etməkdir.
Uca Allah belə buyurur: ﴾Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq﴿. (əl-Qəmər surəsi, ayə: 49).
- Qədərə imanın dörd mərtəbəsi vardır:
Birinci: Uca Allahın elminə iman etmək. Bu, Allahın hər hansı bir işin həm baş verməzdən əvvəl, həm də baş verdikdən sonra daxil olmaqla əzəldən hər bir şeyi bilməsinə iman etməkdir.
Buna dəlil isə, Uca Allahın bu sözləridir: ﴾Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.﴿. (Loğman surəsi, ayə: 34).
İkinci: Allahın yazısına iman etmək. Bu, Uca Allahın, insanın qədərini onun dünyaya göz açmazdan öncə lövhi-məhfuzda yazıldığına və baş verən və baş verəcək hər bir şeyin Allah yanındakı kitabda əvvəlcədən yazılmış olduğuna iman etməkdir.
Buna dəlil isə, Uca Allahın bu sözləridir: ﴾Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın﴿. (əl-Ənam surəsi, ayə: 59).
Üçüncü: Allahın istəyinə iman etmək. Bu, baş verən hər bir şeyin Allahın istəyi ilə baş verdiyinə, istər Allahın etdiyi işlər, istərsə də məxluqatın etdiyi əməllər Uca Allahın istəyi ilə baş verdiyinə iman etməkdir.
Buna dəlil isə, Uca Allahın bu sözləridir: ﴾Sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün. Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!﴿. (ət-Təkvir surəsi, ayə: 28, 29).
Dördüncü: Allahın yaratdığına iman etmək. Bu, bütün varlıqları Allahın yaratdığına və eyni ilə Allahın, onların kimliklərini, sifətlərini, hərəkətlərini və onlarda olan hər bir şeyi yaratmasına iman etməkdir.
Buna dəlil isə, Uca Allahın bu sözləridir: ﴾“Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”﴿. (əs-Saffat surəsi, ayə: 96).
Cavab: Bidət - Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) və səhabələrin zamanında dindən olmayan və insanların sonradan dinə gətirdikləri hər bir yenilikdir.
Biz bidəti qəbul etmirik, əksinə onu rədd edirik.
Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə belə buyurmuşdur: "Hər bir bidət zəlalətdir". Hədisi Əbu Davud rəvayət etmişdir.
Buna misal: İbadətdə artıq əməllərə yol vermək. Məsələn: Dəstəmaz alarkən əzaları üç dəfədən artıq yumaq və ya Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) doğum gününü qeyd etmək. Çünki bu barədə nə Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun), nə də səhabələrdən bir şey varid olmamışdır.
Cavab: Əl-Vələ - möminləri sevmək və onlara yardım etməkdir.
Uca Allah buyurur: ﴾Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır﴿. (ət-Tovbə surəsi, ayə: 71).
Əl-Bəra əqidəsi isə, kafirlərə nifrət bəsləmək və onlarla düşmən olmaqdır.
Uca Allah buyurur: ﴾İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!”﴿. (əl-Mumtəhinə surəsi, ayə: 4).
Cavab: Sözdə küfrə misal: Pak Olan Allahı və ya Elçisini (Allahın salavatı və salamı onun üzərinə olsun) söymək.
Əməldə misal: Qurana qarşı hörmətsizlik etmək, yaxud da, Uca Allahdan qeyrisinə səcdə etmək.
Etiqada misal: Uca Allahdan başqa hər hansı bir məxluqun ibadətə layiq olduğunu, yaxud da Uca Allahdan başqa hər hansı bir yaradanın olduğunu etiqad etmək.
Cavab:
1- Böyük nifaq: küfrü gizlədib, imanı göstərməkdir.
Nifaqın bu növü insanı İslamdan xaric edir və bu növ nifaq, böyük küfrdür.
Uca Allah buyurur: ﴾Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən﴿. (ən-Nisa surəsi, ayə: 145).
2- Kiçik nifaq:
Buna misal: Yalan danışmaq, verilən vədə xilaf çıxmaq və əmanətə xəyanət etmək.
Nifaqın bu növü insanı İslamdan xaric etmir, lakin bunu edən insan günah qazanır və o, əzab olunmağa layiqdir.
Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Münafiqin əlaməti üçdür: Danışdığı zaman yalan danışar. Vəd verdiyi zaman vədinə xilaf çıxar. Ona əmanət edildiyi zaman əmanətə xəyanət edər". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
Cavab: O, Muhəmməddir (Allahın salavatı və salamı onun üzərinə olsun).
Uca Allah buyurur: ﴾Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur﴿. (əl-Əhzab surəsi, ayə: 40). Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) isə belə buyurur: "Mən peyğəmbərlərin sonuncusuyam. Məndən sonra peyğəmbər yoxdur". Hədisi Əbu Davud, ət-Tirmizi və başqaları rəvayət etmişdir.
Cavab: Möcüzə - Uca Allahın, peyğəmbərlərinə özlərinin doğruluğunu isbat etmək üçün onlara bəxş etdiyi fövqəltəbii hallardır. Məsələn:
- Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) üçün ayın iki yerə bölünməsi.
- Musa (Allahın ona salamı olsun) üçün dənizin iki yerə ayrılması, (Musanın ardınca gələn) Firon və onun qoşununun dənizdə qərq olmaları.
Cavab: Səhabə - Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) görüb, ona iman gətirən və İslamda olaraq vəfat edən kimsəyə deyilir.
- Biz onları sevir və onları özümüzə nümunə götürürük. Onlar, peyğəmbərlərdən sonra insanların ən fəzilətliləridir.
Səhabələrin ən fəzilətli olanları: dörd xəlifədir:
Əbu Bəkr (Allah ondan razı olsun).
Ömər (Allah ondan razı olsun).
Osman (Allah ondan razı olsun).
Əli (Allah ondan razı olsun).
Cavab: Qorxu - Uca Allahdan və Onun əzabından qorxmaqdır.
Ümid isə, Uca Allahın savabına, Onun bağışlamasına və rəhmətinə ümid bəsləməkdir.
Dəlil isə, Uca Allahın bu sözləridir: ﴾Onların yalvardıqları tanrıların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir﴿. (əl-İsra surəsi, ayə: 57). Uca Allah buyurur: ﴾Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm.Əzabım isə üzücü əzabdır﴿. (əl-Hicr surəsi, ayə: 49 - 50).
Cavab: Allah. Bu adın mənası: Onun heç bir şəriki olmayan, haqq olaraq ibadət olunan İlah deməkdir.
ər-Rəbb. Yəni: Yaradan, sahib olan, ruzi verən və idarə edən tək Pak olan Allah.
əs-Səmi: Eşitməyi hər bir şeyti əhatə edəndir.O, müxtəlifliyindən və növündən aslı olmayaraq bütün səsləri eşidəndir.
əl-Bəsir: O, hər bir şeyi görəndir. O, böyük və kiçikliyindən aslı olmayaraq hər bir şeyi görür.
əl-Alim: Uca Allahın elmi, hər bir şeyi keçmişi, indisi və gələcəyi ilə birlikdə əhatə etmişdir.
ər-Rahmən: Onun rəhməti hər bir məxluqu və canlını əhatə etmişdir. Bütün qullar və məxluqat Onun rəhməti altındadır.
ər-Razzəq: İnsan, cin və hə bir canlı daxil olmaqla bütün məxluqatın ruzisini Öz üzərinə götürən Uca Allahdır.
əl-Həyy: O, heç vaxt ölməz, diri olan Uca Allahdır. Yaratdığı hər bir məxluq isə öləcəkdir.
əl-Azim: O, adlarında, sifətlərində və fellərində bütün kamilliyi və əzəməti Özündə cəm edən Uca Allahdır.
Cavab: Biz onlara sevgi bəsləyirik. Şəri və müasir məsələrdə şəriətin hökmünü bilmək üçün onlara müraciət edirik və daima onları xeyirlə anırıq. Onlara dil uzadanlar isə, haqq yoldan azan kəslərdir.
Uca Allah buyurur: ﴾Allah sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaldır. Allah nə etdiklərinizdən xəbərdardır.﴿. (əl-Mucadilə surəsi, ayə: 11).
Cavab: Yaxşılığı əmr etmək - İzzət və Qüdrət sahibi Olan Allaha itaət olan hər bir şeyi əmr etmək anlamıdır. Pislikdən çəkindirmək isə, İzzət və Qüdrət sahibi Olan Allaha asilik hesab olunan hər bir şeyi qadağan etmək anlamıdır.
Uca Allah buyurur: ﴾Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz﴿. (Ali-İmran surəsi, ayə: 110).
Cavab: Onlar, söz, əməl və etidaqda Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun səhabələrinin yoluna tabe olan kimsələrdir.
Onların "Əhli Sünnət" adlanmalarının səbəbi: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnətinə tabe olub, bidətdən uzaq olduqlarına görədir.
"Val-Cəmaat" adlanmalarının səbəbi isə: haqq üzərində cəm olub, onda ixtilafa düşmədiklərinə görədir.