Təfsir bölümü

Cavab: əl-Fatihə surəsi və onun təfsiri:
1- «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] "Mərhəmətli və Rəhmli Allahın adı ilə!". 2- «الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ» [Əlhəmdu lilləhi Rabbil-aləmin] ﴾Həmd olsun aləmlərin Rəbbi Allaha﴿. 3- «الرَّحْمـنِ الرَّحِيمِ» [ər-Rahmənir-Rahim] ﴾Mərhəmətli və Rəhmliyə﴿. 4- «مَالِكِ يَوْمِ الدِّينِ» [Məliki yəumid-din] ﴾Haqq-hesab gününün Hökmdarına!﴿. 5- «إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ» [İyyəkə nə'budu va iyyəkə nəstəin] ﴾Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik﴿. 6- «اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ» [İhdinəs-siratəl-mustəqim] ﴾Bizi doğru yola yönəlt﴿. 7- «صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ» [Siratal-ləzinə ən-amtə aleyhim ğayril-mağdubi aleyhim vala-ddallin] ﴾nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!﴿. (əl-Fatihə surəsi, ayə: 1-7).
Təfsir:

əl-Fatihə surəsi, Qurani Kərimi açan ilk surə olduğu üçün, bu surəyə əl-Fatihə surəsi adı verilmişdir.
1- «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] "Mərhəmətli və Rəhmli Allahın adı ilə". Yəni: Uca Allahın adını çəkərək, Ondan yardım diləyərək, Allahın adını zikr edərək və Ondan xeyir-bərəkət umaraq Qurani Kərimi oxumağa başlayıram.
﴾الله﴿ "Allah". Yəni: İbadət olunmağa haqlı olan. Bu ad, Pak Olan Allahından başqası bu ad ilə adlandırılmaz.
الرَّحْمَن﴿ "ər-Rahmən". Yəni: Rəhməti hər bir şeyi əhatə edən, geniş rəhmət və mərhəmət sahibi.
الرَّحِيم﴿ "ər-Rahim". Yəni: Möminlərə qarşı rəhimli və mərhəmətli olan.
2- «الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ» [Əlhəmdu lilləhi Rabbil-aləmin] ﴾Həmd olsun aləmlərin Rəbbi Allaha﴿. Yəni: Bütün təriflər, həmd-sənalar və bütün kamillik sifətləri yalnız Uca Allaha məxsusdur.
3- «الرَّحْمـنِ الرَّحِيمِ» [ər-Rahmənir-Rahim] ﴾Mərhəmətli və Rəhmliyə﴿. Yəni: Rəhməti hər bir şeyi əhatə edən geniş rəhmət və mərhəmət sahibidir. Mömin qullarına isə rəhimli və mərhəmətli olandır.
4- «مَالِكِ يَوْمِ الدِّينِ» [Məliki yəvmid-din] ﴾Haqq-hesab gününün Hökmdarına!﴿. Yəni: O gün, Qiyamət günüdür.
5- «إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ» [İyyəkə nəabudu va iyyəkə nəstəin] ﴾Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik!﴿. Yəni: İbadətin bütün növlərini yalnız tək Sənə edirik, hər bir işimizdə də, tək Səndən yardım diləyirik.
6- «اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ» [İhdinəs-siratəl-mustəqim] ﴾Bizi doğru yola yönəlt﴿. Yəni: Bu yol - İslama və Sünnətə yönəldən yoldur.
7- «صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ» [Siratal-ləzinə ən-amtə aleyhim ğayril-mağdubi aleyhim vala-ddallin] ﴾nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!﴿. Yəni: Bizi, yəhudi və nəsranilərin yoluna deyil, əksinə, Peyğəmbərlərin və onların ardınca gedən Allahın saleh qullarının yoluna yönəlt.
əl-Fatihə surəsini oxuyub qurtardıqdan sonra «آمين» [Amin]. Yəni: Allahım, dualarımıza cavab ver! - demək sünnətdir.

Cavab: əz-Zəlzələ surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا» [İzə zulzilətil-ardu zilzələhə] ﴾Yer titrəyib lərzəyə gələ­cəyi zaman﴿. 2- «وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا» [Va əxracəti-l-ardu əsqaləhə] ﴾Yer öz yükünü bayıra atacağı﴿. 3- «وَقَالَ الْإِنْسَانُ مَا لَهَا» [Va qalə-l-insənu mə ləhə] ﴾və insan: “Ona nə olub?”–deyəcəyi zaman﴿. 4- «يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا» [youmə-izin tuhəddisu axbərahə] ﴾həmin gün yer öz əhvalatlarını da­­nışacaqdır﴿. 5- «بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا» [Bi-ənnə Rabbəkə əuhə ləhə] ﴾Çünki Rəbbin ona vəhy edəcəkdir﴿. 6- «يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِيُرَوْا أَعْمَالَهُمْ» [Youmə-izin yasduru-nnəsu əştətən liyurau ə'mələhum] ﴾O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər﴿. 7- «فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ» [Fəmən yə'məl misqalə zərratin xayran yarah] ﴾Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır﴿. 8- «وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ» [Vamən yə'məl misqalə zərratin şərran yarah] ﴾Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır﴿. (əz-Zəlzələ surəsi, ayə: 1-8).
Təfsir:

1- «إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا» [İzə zulziləti-l-ardu zilzələhə] ﴾Yer titrəyib lərzəyə gələ­cəyi zaman﴿. Yəni: Qiyamət günü yer üzünün şiddətli bir halda lərzəyə gələ­cəyi zaman.
2- «وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا» [Va əzracəti-l-ardu əzqaləhə] ﴾Yer öz yükünü bayıra atacağı﴿. Yəni: Yer bətnindəki ölüləri və onlardan başqa olan hər bir şeyi çıxardıb bayıra atacağı zaman.
3- «وَقَالَ الْإِنْسَانُ مَا لَهَا» [Va qaləl-insənu mə ləhə] ﴾və insan: “Ona nə olub?”–deyəcəyi zaman﴿. Yəni: İnsan təəccüblə: "Bu yerə nə olub ki, lərzəyə gəlib, sakit dayanmır?"- deyəcəkdir.
4- «يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا» [Yəumə-izin tuhəddisu axbərahə] ﴾həmin gün yer öz əhvalatlarını da­­nışacaqdır﴿. Yəni: O əzəmətli gündə, yer öz üzərində baş vermiş bütün xeyir və şər əməllər barədə xəbər verəcəkdir.
5- «بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا» [Bi-ənnə Rabbəkə əvhə ləhə] ﴾Çünki Rəbbin ona vəhy edəcəkdir!﴿. Yəni: Çünki Allah bunu ona bildirmiş və əmr etmişdir.
6- «يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِيُرَوْا أَعْمَالَهُمْ» [Yəumə-izin yasduru-nnəsu eştətən liyurav əamələhum] ﴾O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər!﴿. Yəni: Yer lərzəyə gələcəyi o əzəmətli gün insanlar dünyada etdikləri əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə haqq-hesaba çəkiləcəkləri yerə gələcəklər.
7- «فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ» [Fəmən yəaməl misqalə zərratin xayran yarah] ﴾Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır﴿. Yəni: Kim bu dünyada ən kiçik qarışqa boyda xeyir və yaxşı iş etmişdirsə, Qiyamət günü onun mükafatını öz qarşısında görəcəkdir.
8- «وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ» [Vamən yəaməl misqalə zərratin şərran yarah] ﴾Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır﴿. Yəni: Kim bu dünyada ən kiçik qarışqa boyda şər və pis iş etmişdirsə, Qiyamət günü onun cəzasını öz qarşısında görəcəkdir.

Cavab: əl-Adiyat surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «وَالْعَادِيَاتِ ضَبْحًا» [Val-adiyəti dabhə] ﴾And olsun tövşüyə-tövşüyə çapanlara!﴿. 2- «فَالْمُورِيَاتِ قَدْحًا» [Fəl-muriyəti qadhə] ﴾And olsun (dırnaqları ilə) qığılcım çıxaranlara!﴿. 3- «فَالْمُغِيرَاتِ صُبْحًا» [Fəl-muğirati subhə] ﴾And olsun sübh çağı həmlə edənlərə ki,﴿. 4- «فَأَثَرْنَ بِهِ نَقْعًا» [Fə-əsərnə bihi nəqaə] ﴾hücuma keçib tozanaq qaldıraraq﴿. 5- «فَوَسَطْنَ بِهِ جَمْعًا» [Fə-vasatnə bihi cəmaə] ﴾qoşunun içərisinə soxulurlar﴿. 6- «إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ» [İnnə-l-insənə lirabbihi ləkənud] ﴾Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur﴿. 7- «وَإِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ» [Va-innəhu alə zəlikə ləşəhid] ﴾Özü də bunun şahididir﴿. 8- «وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ» [Va-innəhu lihubbi-lxayri ləşədid] ﴾Həqiqətən, o, var-dövlətə çox hərisdir﴿. 9- «أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ» [Əfələ yə'ləmu izə bu'sira mə fi-lqubur] ﴾Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı﴿. 10- «وَحُصِّلَ مَا فِي الصُّدُورِ» [Va hussilə mə fi-ssudur] ﴾və kökslərdə olanlar aşkar ediləcəyi zaman﴿. 11- «إِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَخَبِيرٌ» [İnnə Rabbəhum bihim youmə-izin ləxabir] ﴾məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?﴿. (əl-Adiyat surəsi, ayə: 1-11).
Təfsir:

1- «وَالْعَادِيَاتِ ضَبْحًا» [Val-adiyəti dabhə] ﴾And olsun tövşüyə-tövşüyə çapanlara!﴿. Yəni: Uca Allah, bərk qaçdıqlarına görə nəfəslərinin səsi eşidilən atlara and içir.
2- «فَالْمُورِيَاتِ قَدْحًا» [Fəl-muriyəti qadhə] ﴾And olsun (dırnaqları ilə) qığılcım çıxaranlara!﴿. Yəni: Uca Allah, həmçinin, dırnaqlarını şiddətlə daşlara vurub qığılcım çıxaran atlara and içir.
3- «فَالْمُغِيرَاتِ صُبْحًا» [Fəl-muğirati subhə] ﴾And olsun sübh çağı həmlə edənlərə ki,﴿. Yəni: Uca Allah, sübh vaxtı düşmənlərə həmlə edən atlara and içir.
4- «فَأَثَرْنَ بِهِ نَقْعًا» [Fə-əsərnə bihi nəqaə] ﴾hücuma keçib tozanaq qaldıraraq﴿. Yəni: Qaçışları ilə tozanaq qaldıran atlara.
5- «فَوَسَطْنَ بِهِ جَمْعًا» [Fə-vasatnə bihi cəma] ﴾qoşunun içərisinə soxulurlar﴿. Yəni: Süvarilərlə birğə düşmən dəstəsinin içərisinə soxulan atlara.
6- «إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ» [İnnə-l-insənə lirabbihi ləkənud] ﴾Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur﴿. Yəni: İnsan, Rəbbi ondan istədiyi xeyrə qarşı çox nankordur.
7- «وَإِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ» [Va-innəhu alə zəlikə ləşəhid] ﴾Özü də bunun şahididir﴿. Yəni: O, özünün xeyirə xəsis olmasına şahiddir. Bunun açıq-aydın bir şey olduğuna görə, bunu heç özüdə inkar edə bilməz.
8- «وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ» [Va-innəhu lihubbi-lxayri ləşədid] ﴾Həqiqətən, o, var-dövlətə çox hərisdir﴿. Yəni: İnsan mal-dövlətə həddən artıq həris olduğu üçün, onu xərcləməyə xəsislik edir.
9- «أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ» [Əfələ yəaləmu izə busira mə fi-lqubur] ﴾Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı﴿. Yəni: Məgər dünya həyatına aldanmış o insan bilmir ki, Allah qəbirlərdəki ölüləri dirildəcəyi və onları haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün qəbirlərindən çıxaracağı zaman, iş heç də onun düşündüyü kimi olmayacaqdır?!
10- «وَحُصِّلَ مَا فِي الصُّدُورِ» [Va hussilə mə fi-ssudur] ﴾və kökslərdə olanlar aşkar ediləcəyi zaman﴿. Yəni: Qəlblərdə olan niyyətlərin, etiqadların və s. bu kimi başqa şeylərin üzə çıxarılıb, bəyan ediləcəyi zaman.
11- «إِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَخَبِيرٌ» [İnnə Rabbəhum bihim yəumə-izin ləxabir] ﴾məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?﴿. Yəni: Həmin gün Rəbbi onlara dünyada ikən etdikləri bütün əməllər barədə xəbər verəcək. Qullarının əməllərindən heç bir şey Ona gizli qalmaz. O, hər bir kəsin etdiyi əməlin əvəzini verəcəkdir.

Cavab: əl-Qariə surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «الْقَارِعَةُ» [əl-Qariəh](Qəlbləri) Qorxuya salan!﴿. 2- «مَا الْقَارِعَةُ» [Mə-lqariəh](Qəlbləri) Qorxuya salan nədir?﴿. 3- «وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ» [Vamə ədrakə mə-lqariəh] ﴾Sən haradan biləsən ki, (qəlbləri) Qorxuya salan nədir?﴿. 4- «يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ» [Youmə yəkunu-nnəsu kəlfəraşi-lməbsus] ﴾O gün insanlar (ətrafa )səpələnmiş pərvanələr tək olacaqlar﴿. 5- «وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوشِ» [Va təkunu-lcibəlu kəlihni-lmənfuş] ﴾Dağlar isə didilmiş yun görkəmi alacaqdır﴿. 6- «فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ» [Fə-əmmə mən səqulət məvazinuh](O gün) kimin tərəziləri ağır gələrsə﴿. 7- «فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ» [Fəhuva fi iyşətin radiyəh] ﴾xoşbəxt güzəran sürəcək﴿. 8- «وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ» [Və əmmə mən xaffət məvazinuh] ﴾Kimin tərəziləri yüngül gələrsə,﴿. 9- «فَأُمُّهُ هَاوِيَةٌ» [Fə-ummuhu haviyəh] ﴾anası (sığınacağı yer) Haviyə olacaqdır﴿. 10- «وَمَا أَدْرَاكَ مَا هِيَهْ» [Və mə ədrakə mə hiyəh] ﴾Sən haradan biləsən ki, o nədir?﴿. 11- «نَارٌ حَامِيَةٌ» [Nərun həmiyəh] ﴾O, çox qızmar bir oddur!﴿. (əl-Qariə surəsi, ayə: 1-11).
Təfsir:

1- «الْقَارِعَةُ» [əl-Qariəh](Qəlbləri) Qorxuya salan!﴿. Yəni: Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan qiyamət saatı.
2- «مَا الْقَارِعَةُ» [Mə-lqariəh](Qəlbləri) Qorxuya salan nədir?﴿. Yəni: Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan bu qiyamət saatı nədir?!
3- «وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ» [Vamə ədrakə mə-lqariəh] ﴾Sən haradan biləsən ki, (qəlbləri) Qorxuya salan nədir?﴿. Yəni: Ey Peyğəmbər! Dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan o saatın nə olduğunu sən nə bilirsən?! Şübhəsiz ki, o, Qiyamət günüdür.
4- «يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ» [Youmə yəkunu-nnəsu kəlfəraşi-lməbsus] ﴾O gün insanlar (ətrafa )səpələnmiş pərvanələr tək olacaqlar﴿. Yəni: O gün insanların qəlbinə dəhşətli qorxu düşəcək və insanlar bu dəhşətin və vahimənin qorxusundan sanki hər tərəfə səpələnəcək kəpənək kimi olacaqlar.
5- «وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوشِ» [Va təkunul-cibəlu kəlihnil-mənfuş] ﴾Dağlar isə didilmiş yun görkəmi alacaqdır﴿. Yəni: Dağlar sürətli hərəkət etməsi ilə sanki əyrilmiş yun kimi olacaqdır!
6- «فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ» [Fə-əmmə mən səqulət məvazinuh](O gün) kimin tərəziləri ağır gələrsə﴿. Yəni: O gün yaxşı əmələri pis əməllərdən ağır gələn olan kimsə.
7- «فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ» [Fəhuva fi işətin radiyəh] ﴾xoşbəxt güzəran sürəcək﴿. Yəni: Cənnətdə razı qalacağı xoş güzəran içində olacaqdır.
8- «وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ» [Və əmmə mən xaffət məvazinuh] ﴾Kimin tərəziləri yüngül gələrsə,﴿. Yəni: O gün pis əmələri yaxşı əməllərdən ağır gələn kimsə isə.
9- «فَأُمُّهُ هَاوِيَةٌ» [Fə-ummuhu haviyəh] ﴾anası (sığınacağı yer) Haviyə olacaqdır﴿. Yəni: Qiyamət günü qərar tutacağı yer - Cəhənnəm olacaqdır.
10- «وَمَا أَدْرَاكَ مَا هِيَهْ» [Və mə ədrakə mə hiyəh] ﴾Sən haradan biləsən ki, o nədir?﴿. Yəni: Ey Peyğəmbər! Sən nə bilirsən ki, nədir o?
11- «نَارٌ حَامِيَةٌ» [Nərun həmiyəh] ﴾O, çox qızmar bir oddur!﴿. Yəni: O, hərarəti olduqca şiddətli olan atəşdir.

Cavab: ət-Təkasur surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «أَلْهَاكُمُ التَّكَاثُرُ» [Əl-həkumu-ttəkəsur] ﴾Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,﴿. 2- «حَتَّى زُرْتُمُ الْمَقَابِرَ» [Həttə zurtumu-lməkabir](gömülməklə) qəbirləri ziyarət etdiniz﴿. 3- «كَلَّا سَوْفَ تَعْلَمُونَ» [Kəllə soufə tə'ləmun] ﴾Yox-yox! Siz (aqibətinizi) hökmən biləcəksiniz!﴿. 4- «ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ» [Summə kəllə soufə tə'ləmun] ﴾Bir də yox! Siz (aqibətinizi) tezliklə biləcəksiniz!﴿. 5- «كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ» [Kəllə lou tə'ləmunə ilmə-lyəqin] ﴾Xeyr! Kaş ki, yəqin biləydiniz﴿. 6- «لَتَرَوُنَّ الْجَحِيمَ» [Lətəravunnə-lcəhim] ﴾Siz Cəhənnəmi mütləq görəcəksiniz!﴿. 7- «ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ» [Summə lətəravunnəhə aynə-lyəqin] ﴾Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!﴿. 8- «ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ» [Summə lətus-əlunnə youmə-izin ani-nnəaim] ﴾Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız﴿. (ət-Təkasur surəsi, ayə: 1-8).
Təfsir:

1- «أَلْهَاكُمُ التَّكَاثُرُ» [Əl-həkumu-ttəkəsur] ﴾Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,﴿ Yəni: Ey insanlar! Mal-dövlət və övladlarla fəxr etmək sizi Allaha itaət etməkdən yayındırdı.
2- «حَتَّى زُرْتُمُ الْمَقَابِرَ» [Həttə zurtumu-lməkabir](gömülməklə) qəbirləri ziyarət etdiniz﴿. Yəni: Hətta ölüb qəbirlərinizə girənədək, bu hal üzərində davam etdiniz.
3- «كَلَّا سَوْفَ تَعْلَمُونَ» [Kəllə səufə tə'ləmun] ﴾Yox-yox! Siz (aqibətinizi) hökmən biləcəksiniz!﴿. Yəni: Siz dünya malı ilə fəxr edib Allahın itaətindən yayınmamalıydınız. Siz bu bihudə məşğuliyyətin pis aqibətini mütləq biləcəksiniz.
4- «ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ» [Summə kəllə soufə tə'ləmun] ﴾Bir də yox! Siz (aqibətinizi) tezliklə biləcəksiniz!﴿. Yəni: Siz bunun aqibətini mütləq biləcəksiniz.
5- «كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ» [Kəllə ləu tə'ləmunə ilməl-yəqin] ﴾Xeyr! Kaş ki, yəqin biləydiniz﴿. Yəni: Doğrusu, əgər siz dirilib Allahın hüzuruna qayıdacağınızı və Onun sizə əməllərinizin əvəzini verəcəyini yəqin bilsəydiniz, mal-dövlət və oğul-uşaqla fəxr etməklə məşğul olmazdınız.
6- «لَتَرَوُنَّ الْجَحِيمَ» [Lətəravunnəl-cəhim] ﴾Siz Cəhənnəmi mütləq görəcəksiniz!﴿. Yəni: Allaha and olsun ki, Qiyamət günü Cəhənnəmi görəcəksiniz.
7- «ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ» [Summə lətəravunnəhə aynəl-yəqin] ﴾Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!﴿. Yəni: Qiyamət günü Cəhənnəmi yəqinliklə və buna heç bir şübhə olmadan görəcəksiniz.
8- «ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ» [Summə lətus-əlunnə youmə-izin ani-nnəaim] ﴾Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız﴿. Yəni: Sonra, o gün Allah, sizə bəxş etdiyi sağlamlıq, var-dövlət və başqa bu kimi nemətlər barədə sizdən soruşacaqdır.

Cavab: əl-Asr surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «وَالْعَصْرِ» [Vəl-asr] ﴾And olsun axşam çağına!﴿. 2- «إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ» [İnnə-l-insənə ləfi xusr] ﴾Həqiqətən, insan ziyan içərisindədir﴿. 3- «إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ» [İllə-lləzinə əmənu va amilu-ssalihəti va təvasau bilhaqqi va təvasau bi-ssabr] ﴾Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa!﴿. (əl-Asr surəsi, ayə: 1-3).
Təfsir:

1- «وَالْعَصْرِ» [Val-asr] ﴾And olsun axşam çağına!﴿. Yəni: Uca Allah zamana and içir.
2- «إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ» [İnnə-l-insənə lefi xusr] ﴾Həqiqətən, insan ziyan içərisindədir﴿. Yəni: Bütün insanlar xüsran və həlak içindədir.
3- «إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ» [İllə-lləzine əmənu va amilu-ssalihəti va təvasau bilhaqqi va təvasau bi-ssabr] ﴾Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa!﴿. Yəni: Yalnız iman gətirib saleh əməl edən, bununla yanaşı, digərlərini haqqa və səbrə dəvət edən kimsələrdən başqa. Məhz belə kimsələr xüsrandan və həlakdan nicat tapan kimsələrdir.

Cavab: əl-Huməzə surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ» [Vaylul-likulli huməzətin luməzəh] ﴾Hər bir qeybət edənin, tə­nə vura­nın vay halına!﴿. 2- «الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ» [Əlləzi cəməa məələn va addədəh] ﴾O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır﴿. 3- «يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ» [Yəhsəbu ənnə mələhu axlədəh] ﴾və elə güman edir ki, var-dövləti onu əbədi yaşadacaqdır﴿. 4- «كَلَّا لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ» [Kəllə ləyunbəzənnəh fi-lhutaməh] ﴾Xeyr! O, mütləq Hütəməyə atılacaqdır﴿. 5- «وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ» [Vamə ədrakə mə-lhutaməh] ﴾Sən haradan biləsən ki, Hütəmə nədir?﴿. 6- «نَارُ اللَّهِ الْمُوقَدَةُ» [Nəru Allahi-lmuqadəh](Bu,) Allahın qaladığı Oddur﴿. 7- «الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ» [Əlləti tattaliu alə-l-əf-ideh](O Od) ki, (qalxıb) ürəklərə çatacaq﴿. 8- «إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ» [İnnəhə aleyhim musadəh] ﴾Həqiqətən, o (Od) onların üzərində qapanacaqdır﴿. 9- «فِي عَمَدٍ مُمَدَّدَةٍ» [Fi amədin muməddədəh](Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar)﴿. (əl-Huməzə surəsi, ayə: 1-9).
Təfsir:

1- «وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ» [Vaylul-likulli huməzətin luməzəh] ﴾Hər bir qeybət edənin, tə­nə vura­nın vay halına!﴿. Yəni: İnsanların qeybətini edənlərin və onlara tənə vuranların halına vay və şiddətli əzab olsun.
2- «الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ» [Əlləzi cəməa məələn va addədəh] ﴾O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır﴿. Yəni: Onun dərdi-səri yalnız var-dövlət yığıb və onu dönə-dönə saymaqdır. Bundan başqa onun heç bir dərdi-səri yoxdur.
3- «يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ» [Yəhsəbu ənnə mələhu axlədəh] ﴾və elə güman edir ki, var-dövləti onu əbədi yaşadacaqdır﴿. Yəni: O elə güman edir ki, yığdığı var-dövləti onu ölümdən xilas edəcək və o dünya həyatında əbədi yaşayacaqdır.
4- «كَلَّا لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ» [Kəllə ləyunbəzənnəh fi-lhutaməh] ﴾Xeyr! O, mütləq Hütəməyə atılacaqdır﴿. Yəni: Bu iş heç də o cahilin təsəvvür etdiyi kimi deyil. Əlbəttə o, əzabın şiddətindən dolayı içərisinə atılan hər şeyi parçalayıb məhv edən Cəhənnəm oduna atılacaqdır.
5- «وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ» [Vamə ədrakə mə-lhutaməh] ﴾Sən haradan biləsən ki, Hütəmə nədir?﴿. Yəni: Ey Peyğəmbər! İçərisinə atılan hər şeyi parçalayıb məhv edən Cəhənnəm odunun nə olduğunu sən nə bilirsən?!
6- «نَارُ اللَّهِ الْمُوقَدَةُ» [Nəru Allahi-lmuqadəh](Bu,) Allahın qaladığı Oddur﴿. Yəni: O, Allahın, hərarəti şiddətli olan yanar odudur.
7- «الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ» [Əlləti tattaliu aləl-əfidəh](O Od) ki, (qalxıb) ürəklərə çatacaq﴿. Yəni: O Od ki, hərarəti insanların cisimlərini yandırıb, sonra onların ürəklərə çatacaqdır.
8- «إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ» [İnnəhə aleyhim musadəh] ﴾Həqiqətən, o (Od) onların üzərində qapanacaqdır﴿. Yəni: Cəhənnəmin qapıları içərisində əzab olunanların üzünə bağlı olacaqdır.
9- «فِي عَمَدٍ مُمَدَّدَةٍ» [Fi amədin muməddədəh](Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar)﴿. Yəni: Onlar Cəhənnəmdən çıxa bilməsinlər deyə, hündür dirəklərə bağlanmış halda olacaqlar.

Cavab: əl-Fil surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ» [Ələm təra keyfə fəalə Rabbukə bi-ashəbi-lfil] ﴾Rəbbinin fil sahiblərinə nələr etdi­yini görmədinmi?﴿. 2- «أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ» [Ələm yəcəal keydəhum fi tadlil] ﴾Məgər (Rəbbin) onların hiyləsini dolaşığa salmadımı?﴿. 3- «وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ» [Va ərsələ aleyhim tayran əbəbil] ﴾Onların üzərinə qatar-qatar quşlar göndərdi﴿. 4- «تَرْمِيهِمْ بِحِجَارَةٍ مِنْ سِجِّيلٍ» [Tərmihim bihicəratin min siccil](O quşlar ki,) onların üstünə (odda bişmiş) bərk gildən daşlar yağdırdı﴿. 5- «فَجَعَلَهُمْ كَعَصْفٍ مَأْكُولٍ» [Fəcəaləhum kəasfin mə'kul](Allah) onları sanki yeyilmiş əkin yarpağına döndərdi﴿. (əl-Fil surəsi, ayə: 1-5).
Təfsir:

1- «أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ» [Ələm təra keyfə fəalə Rabbukə bi-ashəbi-lfil] ﴾Rəbbinin fil sahiblərinə nələr etdi­yini görmədinmi?﴿. Yəni: Ey Peyğəmbər! Məğər Rəbbinin Əbrəhəyə və onun qoşunu olan fil sahiblərinə, Kəbəni dağıtmaq üçün gəldikləri zaman nələr etdiyini görmədinmi?!
2- «أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ» [Ələm yəcəal keydəhum fi tadli] ﴾Məgər (Rəbbin) onların hiyləsini dolaşığa salmadımı?﴿. Yəni: Allah onların pis tədbirini puça çıxartdı və beləliklə də, onlar nə insanları Kəbədən uzaqlaşdırmaq istəklərinə, nə də ona aid başqa bir şeyə nail oldular.
3- «وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ» [Va ərsələ aleyhim tayran əbəbil] ﴾Onların üzərinə qatar-qatar quşlar göndərdi﴿. Yəni: Onların üstünə dəstə-dəstə quşlar göndərdi.
4- «تَرْمِيهِمْ بِحِجَارَةٍ مِنْ سِجِّيلٍ» [Tərmihim bihicəratin min siccil](O quşlar ki,) onların üstünə (odda bişmiş) bərk gildən daşlar yağdırdı﴿. Yəni: O quşlar onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı.
5- «فَجَعَلَهُمْ كَعَصْفٍ مَأْكُولٍ» [Fəcəaləhum kəasfin mekul](Allah) onları sanki yeyilmiş əkin yarpağına döndərdi﴿. Yəni: Allah onları heyvanların yeyib, ayaqları altında tapdaladığı əkin yarpağına döndərdi.

Cavab: Qureyş surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «لِإِيلَافِ قُرَيْشٍ» [Li-iləfi qurayş] ﴾Qureyşin birliyi xatirinə,﴿. 2- «إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ» [İləfihim rihlətə-şşitə-i va-ssayf] ﴾Onların qış və yay səfər­lə­rindəki birliyi xatirinə﴿. 3- «فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ» [Fəlyə'budu Rabbə həzə-lbeyt] ﴾Qoy onlar bu Evin Rəb­bi­nə ibadət etsinlər.﴿. 4- «الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ» [Əlləzi ətaməhum min cuin va əmənəhum min xouf](Allah) onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi.﴿. (Qureyş surəsi, ayə: 1-4).
Təfsir:

1- «لِإِيلَافِ قُرَيْشٍ» [Li-iləfi qurayş] ﴾Qureyşin birliyi xatirinə,﴿. Yəni: Bu ayədə qəsd olunan, Qureyşin vərdiş etdiyi qış və yay səfərləridir.
2- «إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ» [İləfihim rihlətə-şşitə-i va-ssayf] ﴾Onların qış və yay səfər­lə­rindəki birliyi xatirinə﴿. Yəni: Əmin-amanlıqla, heç kimsədən qorxmadan, qışda Yəmənə, yayda isə Şama etdikləri səfərlər.
3- «فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ» [Fəlyə'abudu Rabbə həzə-lbeyt]﴾Qoy onlar bu Evin Rəb­bi­nə ibadət etsinlər.﴿. Yəni: Qoy onlar bu səfərləri onlar üçün asanlaşdıran və toxunulmaz evin Rəbbi olan Tək Allaha ibadət etsinlər və heç kəsi Ona şərik qoşmasınlar.
4- «الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ» [Əlləzi ətaməhum min cuin va əmənəhum min xauf](Allah) onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi.﴿. Yəni: Uca Allah digər ərəb qəbilələrinin qəlbinə Kəbə evini və Onun sakinlərini təzim etməyi salaraq, onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.

Cavab: əl-Maun surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ» [Əra-əytə-llezi yukəzzibu bi-ddin] ﴾Dini yalan sayan o kim­sə­ni gör­dünmü?﴿. 2- «فَذَلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ» [Fəzəlikə-lləzi yədu-ul-yətim] ﴾O elə adamdır ki, yetimi qovar﴿. 3- «وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ» [Valə yəhuddu alə təami-lmiskin] ﴾və (heç kəsi) kasıba əl tutmağa sövq etməz.﴿. 4- «فَوَيْلٌ لِلْمُصَلِّينَ» [Fəvaylun lil-musallin] ﴾vay halına namaz qılanların –﴿. 5- «الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ» [Əlləzinə hum an salətihim səhun] ﴾o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar﴿. 6- «الَّذِينَ هُمْ يُرَاءُونَ» [Əlləzinə hum yuraun] ﴾Onlar riyakardırlar﴿. 7- «وَيَمْنَعُونَ الْمَاعُونَ» [Va yəmnəunə-lməun] ﴾və az bir şey verməkdən belə imtina edirlər﴿. (əl-Maun surəsi, ayə: 1-7).
Təfsir:

1- «أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ» [Əra-əytə-llezi yukəzzibu bi-ddin] ﴾Dini yalan sayan o kim­sə­ni gör­dünmü?﴿. Yəni: Qiyamət günü haqq-hesabı yalan sayan o kimsəni tanıdınmı?!
2- «فَذَلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ» [Fəzəlikə-lləzi yedu-ul-yətim] ﴾O elə adamdır ki, yetimi qovar﴿. Yəni: O, ehtiyacı olan yetimi şiddətlə qovan kimsədir.
3- «وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ» [Valə yəhuddu alə təami-lmiskin] ﴾və (heç kəsi) kasıba əl tutmağa sövq etməz.﴿. Yəni: O, nə özü fəqiri yedirdər, nə də özgəsini fəqir yedirtməyə təşviq edər.
4- «فَوَيْلٌ لِلْمُصَلِّينَ» [Fəvaylun lil-musallin] ﴾vay halına namaz qılanların –﴿. Yəni: Həlak və əzab olsun o namaz qılanların halına ki,
5- «الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ» [Əlləzinə hum an salətihim səhun] ﴾o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar﴿. Yəni: Onlar öz namazlarından qafildirlər, namazlarına laqeyid yanaşarlar, səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında deyil, əksinə, vaxtı çıxdıqdan sonra qılarlar.
6- «الَّذِينَ هُمْ يُرَاءُونَ» [Əlləzinə hum yuraun] ﴾Onlar riyakardırlar﴿. Yəni: Onlar namazlarını və əməllərini ixlaslı olaraq Allah üçün deyil, insanlar görsün deyə edərlər.
7- «وَيَمْنَعُونَ الْمَاعُونَ» [Va yəmnəunəl-məun] ﴾və az bir şey verməkdən belə imtina edirlər﴿. Yəni: Özləri üçün heç bir zərər və ya əziyyət olmadıqda belə, başqalarına yardım edilməsinə məne olarlar.

Cavab: əl-Kövsər surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ» [İnnə əataynəkə-l-kəusər] ﴾Həqiqətən, Biz Kovsəri sənə bağışladıq﴿. 2- «فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ» [Fəsalli lirabbikə vanhər] ﴾Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!﴿. 3- «إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ» [İnnə şəni-əkə huva-l-əbtər] ﴾Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur﴿. (əl-Kovsər surəsi, ayə: 1-3).
Təfsir:

1- «إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ» [İnnə əataynəkə-l-kəvsər] ﴾Həqiqətən, Biz Kovsəri sənə bağışladıq﴿. Yəni: Ey Peyğəmbər! Həqiqətən, Biz sənə Cənnətdəki Kövsər irmağı olmaqla bol-bol nemətlər verdik!
2- «فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ» [Fəsalli lirabbikə vanhər] ﴾Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!﴿. Yəni: Bu nemətə görə Allaha şükür et! Sən müşriklərin qurban kəsib öz bütlərinə yaxınlaşması əməlinə müxalif olaraq, yalnız Allah üçün namaz qıl və yalnız Onun üçün qurban kəs!
3- «إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ» [İnnə şəni-əkə huva-l-əbtər] ﴾Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur﴿. Yəni: Doğrusu sənə qəzəb bəsləyən kimsə özü bütün xeyrilərdən məhrum və unudulmuş bir kimsədir. Əgər o, insanlar arasında yad edilərsə, o zaman pisliklərlə yad edilər.

Cavab: əl-Kafirun surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ» [Qul yə əyyuhə-l-kəfirun] ﴾De: “Ey kafirlər!﴿. 2- «لَا أَعْبُدُ مَا تَعْبُدُونَ» [Lə ə'budu mə tə'budun] ﴾De: “Ey kafirlər!".Mən sizin ibadət etdik­lə­rinizə iba­dət etmərəm﴿. 3- «وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ» [Valə əntum abidunə mə ə'bud] ﴾Siz də mənim ibadət et­di­yimə iba­dət edən deyilsi­niz﴿. 4- «وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ» [Valə ənə abidummə abədtum] ﴾Mən sizin ibadət etdik­lə­rinizə iba­dət edən deyiləm﴿. 5- «وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ» [Valə əntum abidunə mə ə'bud] ﴾Siz də mənim ibadət et­di­yimə iba­dət edən deyilsi­niz﴿. 6- «لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ» [Ləkum dinukum valiyə din] ﴾Sizin dininiz sizə, mənim dinim də mənədir!﴿. (əl-Kafirun surəsi, ayə: 1-6).
Təfsir:

1- «قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ» [Qul yə əyyuhə-l-kəfirun] ﴾De: “Ey kafirlər!﴿. Yəni: Ey Peyğəmbər! De: Ey Allaha küfr edən kafirlər!
2- «لَا أَعْبُدُ مَا تَعْبُدُونَ» [Lə ə'budu mə tə'budun] ﴾De: “Ey kafirlər!".Mən sizin ibadət etdik­lə­rinizə iba­dət etmərəm﴿. Yəni: Mən nə indi, nədə ki, gələcəkdə sizin Allahı qoyub ibadət etdiyiniz bütlərə ibadət etmərəm.
3- «وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ» [Valə əntum abidunə mə ə'bud] ﴾Siz də mənim ibadət et­di­yimə iba­dət edən deyilsi­niz﴿. Yəni: Siz də mənim ibadət etdiyim, Tək olan Allaha ibadət edən deyilsiniz.
4- «وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ» [Valə ənə abidummə abədtum] ﴾Mən sizin ibadət etdik­lə­rinizə iba­dət edən deyiləm﴿. Yəni: Mən də sizin ibadət etdiyiniz bütlərə ibadət edən deyiləm.
5- «وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ» [Valə əntum abidunə mə ə'bud] ﴾Siz də mənim ibadət et­di­yimə iba­dət edən deyilsi­niz﴿. Siz də mənim ibadət etdiyim, Tək olan Allaha ibadət edən deyilsiniz.
6- «لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ» [Ləkum dinukum valiyə din] ﴾Sizin dininiz sizə, mənim dinim də mənədir!﴿. Yəni: Sizin özünüzdən ixtira etdiyiniz dininiz var, mənim də Allahın mənə nazil etdiyi dinim vardır.

Cavab: ən-Nasr surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ» [İzə cə-ə nasruAllahi val-fəth] ﴾Allahın köməyi və qələbə gəldiyi zaman﴿. 2- «وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا» [Va raəytə-nnəsə yədxulunə fi dinilləhi əfvacə] ﴾insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə﴿. 3- «فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا» [Fəsəbbih bihəmdi Rabbikə vastəğfirhu innəhu kənə təuvvəbə] ﴾həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!﴿. (ən-Nasr surəsi, ayə: 1-3).
Təfsir:

1- «إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ» [İzə cə-ə nasruAllahi val-fəth] ﴾Allahın köməyi və qələbə gəldiyi zaman﴿. Yəni: Ey Peyğəmbər! Sənin dininə Allahın köməyi və izzəti gəldiyi, həmçinin Məkkənin fəthi baş verdiyi zaman,
2- «وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا» [Va raəytə-nnəsə yədxulunə fi dinilləhi əfvacə] ﴾insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə﴿. Yəni: İnsanların dəstə-dəstə İslamı qəbul etdiklərini gör­düyün zaman".
3- «فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا» [Fəsəbbih bihəmdi Rabbikə vastəğfirhu innəhu kənə təuvvəbə] ﴾həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!﴿. Yəni: Bil ki, bu sənin göndərildiyin peyğəmbərlik risalətinin sona yetməsinin yaxınlaşdığına işarə edən bir əlamətidir. Elə isə bu qələbəyə və zəfərə şükr edərək, həmd ilə Rəbbinə təriflər et və Ondan bağışlanmanı dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir. O, qullarının tövbəsini qəbul edib onları bağışlayandır.

Cavab: əl-Məsəd surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ» [Təbbət yədə əbi ləhəbin vatəbb] ﴾Əbu Ləhəbin əlləri quru­sun, qu­rudu da!﴿. 2- «مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ» [Mə əğnə anhu məluhu vamə kəsəb] ﴾Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək﴿. 3- «سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ» [Səyaslə nəran zətə ləhəb] ﴾O, alovlanan oda atılacaqdır﴿. 4- «وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ» [Vamraətuhu həmmələtə-l-hətab] ﴾Onun odun şələsi daşıyan arvadı da﴿. 5- «فِي جِيدِهَا حَبْلٌ مِنْ مَسَدٍ» [Fi cidihə hablun min məsəd] ﴾Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır﴿. (əl-Məsəd surəsi, ayə: 1-5).
Təfsir:

1- «تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ» [Təbbət yədə əbi ləhəbin vatəbb] ﴾Əbu Ləhəbin əlləri quru­sun, qu­rudu da!﴿. Yəni: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisi Əbu Ləhəb bin Abdul-Muttəlibin Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) əziyyət verdiyinə görə səyləri boşa çıxdı və hər iki əli qurudu.
2- «مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ» [Mə əğnə anhu məluhu vamə kəsəb] ﴾Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək﴿. Yəni: Ona topladığı hansı var-dövləti və ya hansı oğul-uşağı fayda verdi? Əksinə, topladığı nə var-dövləti, nədə ki, oğul-uşağı fayda vermədi və bunların heç bir onu Allahın rəhmətinə müvəffəq etmədi.
3- «سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ» [Səyaslə nəran zətə ləhəb] ﴾O, alovlanan oda atılacaqdır﴿. Yəni: O, Qiyamət günü hərarətindən əzab çəkəcək alovlu atəşə girəcəkdir.
4- «وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ» [Vamraətuhu həmmələtə-l-hətab] ﴾Onun odun şələsi daşıyan arvadı da﴿. Yəni: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yolunun üzərinə tikanlar atmaqla Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) əziyyət verən Əbu Ləhəbin arvadı Ummu Cəmil də, əri ilə birgə Cəhənnəm oduna girəcəkdir.
5- «فِي جِيدِهَا حَبْلٌ مِنْ مَسَدٍ» [Fi cidihə hablun min məsəd] ﴾Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır﴿. Yəni: Arvadı Ummu Cəmilin boynunda xurma liflərindən möhkəm kəndir olacaq və o, həmən kəndirlə Cəhənnəmə sürüklənəcəkdir.

Cavab: əl-İxlas surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhir-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «قُلْ هُوَ اللَّهُ أَحَدٌ» [Qul huvallahu əhəd] ﴾De: “O Allah Təkdir!﴿. 2- «اللَّهُ الصَّمَدُ» [Allahu-s-saməd] ﴾Allah Möhtac deyildir﴿. 3- «لَمْ يَلِدْ وَلَمْ يُولَدْ» [Ləm yəlid valəm yuləd] ﴾O, nə doğub, nə doğulub,﴿. 4- «وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ» [Valəm yəkun ləhu kufuvan əhəd] ﴾Onun bənzəri də yoxdur”﴿. (əl-İxlas surəsi, ayə: 1-4).
Təfsir:

1- «قُلْ هُوَ اللَّهُ أَحَدٌ» [Qul huvallahu əhəd] ﴾De: “O Allah Təkdir!﴿. Yəni: Ey Peyğəmbər! De: O Allah Təkdir və Ondan başda heç bir ilah yoxdur.
2- «اللَّهُ الصَّمَدُ» [Allahus-saməd] ﴾Allah Möhtac deyildir﴿. Yəni: Bütün məxluqatın ehtiyacı Ona tərəf qaldırılır.
3- «لَمْ يَلِدْ وَلَمْ يُولَدْ» [Ləm yəlid valəm yuləd] ﴾O, nə doğub, nə doğulub,﴿. Yəni: Uca Allahın nə övladı, nədə ki, atası vardır.
4- «وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ» [Valəm yəkun ləhu kufuvan əhəd] ﴾Onun bənzəri də yoxdur”
﴿. Yəni: Məxluqatından Ona bənzər kimsə yoxdur.

Cavab: əl-Fələq surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhir-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ» [Qul əuzu birabbi-l-fələq] ﴾De: Sığınıram sübhün Rəb­binə!﴿ 2- «مِنْ شَرِّ مَا خَلَقَ» [Min şərri mə xaləq] ﴾Məxluqatının şərindən﴿ 3- «وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ» [Vamin şərri ğasiqin izə vaqab] ﴾Çökən zülmətin şərindən﴿ 4- «وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ» [Vamin şərri-n-nəffəsəti fi-l-uqad] ﴾Düyünlərə üfürən (cadugər) qa­dın­la­rın şərindən﴿ 5- «وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ» [Vamin şərri həsidin izə həsəd] ﴾Və həsəd apardığı zaman pa­xı­lın şə­rindən!﴿ (əl-Fələq surəsi: 1-5).
Təfsir:

1- «قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ» [Qul əuzu birabbi-l-fələq] ﴾De: “Sığınıram sübhün Rəb­binə!﴿. Yəni: Ey Peyğəmbər! De: "Pənah aparıram sübhün Rəbbinə və Ondan kömək diləyirəm!
2- «مِنْ شَرِّ مَا خَلَقَ» [Min şərri mə xaləq] ﴾Xəlq etdiklərinin şərindən﴿. Yəni: Zərər verən məxluqatının şərindən.
3- «وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ» [Vamin şərri ğasiqin izə vaqab] ﴾Çökən zülmətin şərindən﴿. Yəni: Gecələr zühur edən heyvanlar, oğrular və s. bu kimi zərərli məxluqların şərindən Allaha sığınıram.
4- «وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ» [Vamin şərri-n-nəffəsəti fi-l-uqad] ﴾Düyünlərə üfürən (cadugər) qa­dın­la­rın şərindən﴿. Yəni: Düyünlərə üfürən sehribaz qadınların şərindən Allaha sığınıran.
5- «وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ» [Vamin şərri həsidin izə həsəd] ﴾Və həsəd apardığı zaman pa­xı­lın şə­rindən!﴿. Yəni: Allahın insanlara bəxş etdiyi nemətlərə görə onlara həsəd edib, qəzəblənən, Allahın onlara bəxş etdiyi nemətlərdən məhrum olunmalarını və onların başlarına pis bir şeyin gəlməsini istəyən, paxılların şərindən Allaha sığınıram.

Cavab: ən-Nəs surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ» [Qul əuzu birabbi-n-nəs] ﴾De: “Sığınıram insanların Rəbbinə,﴿. 2- «مَلِكِ النَّاسِ» [Məliki-n-nəs] ﴾insanların Hökmdarına,﴿. 3- «إِلَهِ النَّاسِ» [İləhi-n-nəs] ﴾insanların məbuduna!﴿. 4- «مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ» [Min şərri-l-vasvasi-l-xannəs] ﴾Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən﴿. 5- «الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ» [Əlləzi yuvasvisu fi suduri-n-nas](O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır,﴿. 6- «مِنَ الْجِنَّةِ وَالنَّاسِ» [Minə-l-cinnəti va-n-nəs] ﴾cinlərdən də (olur), insanlardan da!﴿. (ən-Nəs surəsi: 1-6).
Təfsir:

1- «قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ» [Qul əuzu birabbi-n-nəs] ﴾De: “Sığınıram insanların Rəbbinə,﴿. Yəni: Ey Peyğəmbər! De: "Pənah aparıram insanların Rəbbinə və Ondan kömək diləyirəm!
2- «مَلِكِ النَّاسِ» [Məliki-n-nəs] ﴾insanların Hökmdarına,﴿. Yəni: İnsanları, Öz istəyinə müvafiq olaraq idərə Edənə və insanların Ondan başqa ixtiyar sahibi olmayana.
3- «إِلَهِ النَّاسِ» [İləhi-n-nəs] ﴾insanların məbuduna!﴿. Yəni: İnsanların haqq olan məbuduna. Çünki insanların Ondan başqa haqq məbudu yoxdur.
4- «مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ» [Min şərri-l-vasvasi-l-xannəs] ﴾Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən﴿. Yəni: İnsanlara vəsvəsəsini verən Şeytanın şərindən.
5- «الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ» [Əlləzi yuvasvisu fi suduri-n-nas](O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır﴿. Yəni: Vəsvəsini insanların qəlblərinə atan şeytanın şərindən.
6- «مِنَ الْجِنَّةِ وَالنَّاسِ» [Minə-l-cinnəti va-n-nəs] ﴾cinlərdən də (olur), insanlardan da!﴿. Yəni: Vəsvəsə verən o şeytan, cinlərdən də olur, insanlardan da.