Hədis bölümü
Cavab: Möminlərin əmiri Əbul-Həfs Ömər ibn əl Xattab (Uca Allah ondan razı olsun) demişdir: Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Əməllər niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey vardır. Kimin hicrəti Allah və Onun Rəsulu üçündürsə, onun hicrəti Allaha və Onun Rəsuluna aiddir. Kimin də hicrəti, əldə edəcəyi dünya malına və ya evlənəcəyi qadına görədirsə, onun hicrəti, hicrət etdiyi şeyə aiddir". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
Hədisdən çıxan faydalar:
1- Əməllərin: namaz, oruc, həcc və s. bu kimi hansı əməl olmasından aslı olmayaraq, hər bir əməli etmək üçün niyyət lazımdır.
2- Niyyət, ixlasla, Uca Allahın rızasını qazanmaq üçün olmalıdır.
İkinci hədis:
Cavab: Möminlərin anası Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: «Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar». Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
Hədisdən çıxan faydalar:
1- Dində bidət - yenilik çıxarmağın qadağan olması.
2- Bidət əməllər rədd olunar, qəbul edilməz.
Üçüncü hədis:
Ömər ibn Xəttab (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) hüzuruda oturmuşduq, bu zaman paltarı ağappaq, saçları zil qara, üzərində heç bir səfər əlaməti olmayan və aramızda heç kəsin tanımadığı bir adam gəlib, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanında oturub, iki dizini onun dizlərinə söykəyib, əllərini dizlərinin üstünə qoyub dedi: «Ey Muhəmməd! Mənə İslam haqqında xəbər ver». Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «İslam, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət etməyin, namaz qılmağın, zəkat verməyin, ramazan orucunu tutmağın, imkan olduqda isə Allahın evi - Kəbəni ziyarət edərək həcc etməyindir» deyə buyurdu. (Adam:) «Doğru söylədin» dedi. (Ömər) dedi ki, biz o adama təəccüb etdik. Həm sual verir, həm də onun söylədiklərinin doğru olduğunu təsdiqləyirdi. O yenə: «Mənə iman haqqında xəbər ver» deyərək soruşdu. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «(İman) Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyir və şərinin Allahdan olmasına inanmağındır» deyə buyurdu. (Adam:) «Doğru söylədin. Mənə ehsan haqqında xəbər ver» dedi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «(Ehsan) Allaha, Onu görürmüş kimi ibadət etməyindir. Sən Onu görməsən də, O, səni görür» deyə buyurdu. (Adam:) «Mənə Qiyamət haqqında xəbər ver!» dedi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «Bu haqda soruşulan soruşandan çox bilmir» deyə buyurdu. (Adam:) «Onda mənə onun əlamətləri haqqında xəbər ver» dedi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «Qul qadının öz ağasını doğduğunu, ayaq yalın, çılpaq çobanların hündür bina tikməkdə bir-birləri ilə yarışdıqlarını görəcəksən» deyə buyurdu. (Ömər) dedi ki, sonra o adam çıxıb getdi. Bir müddətdən sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə belə dedi: «Ey Ömər! O sual verənin kim olduğunu bilirsənmi?». Mən: Allah və Rəsulu daha yaxşı bilir deyə cavab verdim. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «O Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdir» dedi. Bu hədisi Müslim rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:
1- İslamın beş əsasının qeyd edilməsi. Bunlar aşağıdakılardır:
Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək.
Namaz qılmaq.
Zəkat vermək.
Ramazan orucunu tutmaq.
Allahın evi - Kəbəni həcc etmək.
2- İmanın əsaslarının zikr olunması. Onların sayı altıdır:
Allaha iman.
Mələklərinə iman.
Kitablarına iman.
Elçilərinə iman.
Axirət gününə iman.
Qədərin xeyrinə və şərinə iman.
3- Ehsanın rükununu say. Ehsanın bir rükunu vardır, bu, sənin, Allaha, Onu görürmüş kimi ibadət etməyindir. Sən Onu görməsəndə, O, səni görür.
4- Qiyamət saatının qopacaq vaxtını Uca Allahdan başqa kimsə bilmir.
Dördüncü hədis:
Cavab: Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Möminlərin ən kamil imana sahib olanı, gözəl əxlaqa sahib olanlarıdır». Hədisi ət-Tirmizi rəvayət etmiş və hədisə "Həsən Səhih" hökmü vermişdir.
Hədisdən çıxan faydalar:
1- Gözəl əxlaqlı olmağa təşviq etmək.
2- Kamil əxlaq kamil imandandır.
3- İman artır və azalır.
Beşinci hədis:
Cavab: İbn Ömər (Allah ondan və atasından razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Kim Allahdan başqasına and içərsə, atrıq küfür etmiş yaxud şərik qoşmuşdur». Hədisi ət-Tirmizi rəvayət etmişdir.
Hədisdən çıxan faydalar:
1- Uca Allahdan başqasına and içmək icazəli deyil.
2- Uca Allahdan başqasına and içmək kiçik şirkdir.
Altıncı hədis:
Cavab: Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Sizdən biri məni, valideynindən, övladından və bütün insanlardan çox sevmədikcə, iman gətirmiş olmaz». Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:
1- Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) bütün insanlardan çox sevməyin vacib olması.
2- Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) bütün insanlardan çox sevmək imanın kamilliyindəndir.
Yeddinci hədis:
Cavab: Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Sizdən biri özü üçün istədiyini qardaşı üçün istəmədikcə iman etmiş olmaz». Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:
1- Mömin bir kimsəyə özü üçün istədiyi xeyri diğər möminlər üçün də istəməsi vacibdir.
2- Və bu imanın kamilliyindəndir.
Səkkizinci hədis:
Cavab: Əbu Səid (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Nəfsim əlində Olana and olsun ki, İxlas surəsi Quranın üçdə birinə bərabərdir». Hədisi əl-Buxari rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:
1- İxlas surəsinin fəziləti.
2- Və onun Quranın üçdə birinə bərabər olması.
Doqquzuncu hədis:
Cavab: Əbu Musa (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Ləə həulə və ləə quvvətə illə billəh [Qüdrət və güc yalnız Allahdadir!] (zikri) Cənnət xəzinələrindən bir xəzinədir». Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:
1- «Lə həulə və lə quvvətə illə billəh» kəlməsinin fəziləti və onun Cənnət xəzinələrindən bir xəzinə olması.
2- Qul, öz güc və qüvvətinə deyil, yalnız Tək olan Uca Allaha etimad etməsi.
Onuncu hədis:
Cavab: Nu'mən bin Bəşir (Allah ondan və atsından razı olsun) rəvayət edir ki, Mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: «Agah olun! İnsan bədəndə bir ət parçası var ki, əgər o
islah edilərsə, bütün bədən islah olar, yox, əgər o korlanarsa, bütün
bədən korlanar. Bilin ki, bu ət parçası qəlbdir». Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:
1- Qəlbin islahı, insanın xaricinin və daxilinin islah olması deməkdir.
2- Qəlbin islahına diqqət vermək. Çünki qəlbin islah olmasının, insanın islah olmasına təsiri vardır.
On birinci hədis:
Cavab: Muaz bin Cəbəl (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Kim sonuncu kəlməsi Ləə iləhə illə-l-lah olarsa Cənnətə girər". Hədisi Əbu Davud rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:
1- Ləə iləhə illə-l-lah kəlməsinin fəziləti və qulun bu kəlmə səbəbi ilə Cənnətə girməsi.
2- İnsanın dünyada sonuncu kəlməsinin Lə iləhə illə-l-lah kəlməsi olmasının fəziləti.
On ikinci hədis:
Cavab: Abdullah ibn Məs'ud (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Mömin tənə etməz, lənət etməz, pis və ədəbsiz sözlər söyləməz». Hədisi ət-Tirmizi rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:
1- Hər bir batil və nəlayiq söz söyləməkdən çəkinmək.
2- Mömin kimsənin batil və nəlayiq söz söyləməkdən çəkinməsi, onun dilində olan mömin sifətlərindəndir.
On üçüncü hədis:
Cavab: Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «İnsanın, özünə aid olmayan şeyləri tərk etməsi, onun İslamının gözəlliyindəndir». Hədisi ət-Tirmizi və başqaları rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:
1- İnsanın, ona aid olmayan, başqasının dini və dünya işlərini tərk etməsi.
2- İnsanın, özünə aid olmayan şeyləri tərk etməsi, onun İslamının kamilliyindəndir.
On dördüncü hədis:
Cavab: Abdullah ibn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Kim Allahın kitabından bir hərf oxuyarsa ona bir həsənə (savab, yaxşılıq) vardır. Hər bir həsənə üçün isə, on mislində savab vardır. Mən demirəm ki, "Əlif, Ləm, Mim" bir hərfdir! Lakin "Əlif" bir hərf, "Ləm" bir hərf və "Mim" bir hərfdir». Hədisi ət-Tirmizi rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:
1- Quran oxumağın fəziləti.
2- Qurandan oxuduğun hər bir hərf üçün sənə savablar vardır.